AZƏRBAYCAN                  RESPUBLİKASI
“Azərbaycan alİmlərİ dİasporu” İnformasİya sİstemİ
Çap et
Soyadı, Adı, Atasının adı Abutalıbov Ramiz Abutalıb oğlu
Təvəllüdü 27.10.1937
Anadan olduğu yer Azərbaycan, Naxçıvan MR, Ordubad rayonu
Bitirdiyi ali təhsil müəssisəsi S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), Geologiya fakültəsi (1960)
Yaşadığı ölkə Rusiya
Əsas iş yeri və ünvanı
Elmi sahəsi Yer elmləri
Əsas elmi nailiyyətləri

R. Abutalıbovun təşəbbüsü və iştirakı ilə Rusiyada Azərbaycan tarixi və mədəniyyəti haqqında 11 kitab nəşr olunmuşdur;

Dağlıq Qarabağ münaqişəsinə dair Fransada çap olunmuş dörd kitabın tərtibçisi və müəllifidir (1989-1992);

Bir çox məqalələri Azərbaycanda, Fransada, Böyük Britaniyada, Almaniyada və Rusiyada dərc edilmişdir.

Mükafatları

Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində və inkişafında xidmətlərinə görə "Fəxri Legion" ordeni ilə təltif edilmişdir (1998);

"Azərbaycan Diplomatiyasının 90 illiyi" medalı (2009);

"Puşkin" medalı (2010);

Azərbaycan mədəniyyətinin təbliğinə görə Prezident təqaüdü (2016).

Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində Xarici ölkələrlə əlaqələr şöbəsinin rəisi, Azərbaycan SSR Ali Sovetinin Xarici İşlər üzrə komissiyasının sədri vəzifələrində çalışmışdır (1980-1984);

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə katibliyinin və YUNESKO-nun əməkdaşı olmuşdur (1971-1979, 1985-1993);

Beynəlxalq əlaqələr aləmində Böyük Britaniyada nəşr olunmuş "Kim kimdir?" ("Who is Who?") ensiklopediyasında 259 sovet diplomatı arasında yeganə azərbaycanlı olmuşdur (1990);

Parisdə “Azərbaycan evi” cəmiyyətinin yaradıcılarından biridir (1992);

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsində işləmişdir (1993-2004);

"İçərişəhər"in və "Muğam" sənətinin Ümumdünya İrs siyahısına salınması, Əlimərdan bəy Topçubaşova xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması və Əkbər ağa Şeyxülislamovun qəbrinin bərpa edilməsi tədbirlərinin əsas təşkilatçılarından biri olmuşdur (2000-2003);

Beynəlxalq Jurnalistlər İttifaqının üzvüdür.

Əlaqə məlumatları
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017Tel: (994 12) 5390167, (994 12) 5371897E-poçt:secretary@iit.science.az