AZƏRBAYCAN                  RESPUBLİKASI
“Azərbaycan alİmlərİ dİasporu” İnformasİya sİstemİ
Çap et
Soyadı, Adı, Atasının adı Adilov Qabil Ramazan oğlu
Təvəllüdü 15.05.1956
Anadan olduğu yer Azərbaycan, İsmayıllı rayonu
Bitirdiyi ali təhsil müəssisəsi S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), Riyaziyyat fakültəsi
Yaşadığı ölkə Türkiyə‎
Əsas iş yeri və ünvanı Akdeniz Universiteti, Təhsil fakültəsi (2012-ci ildən)
Elmi sahəsi Riyaziyyat
Əsas elmi nailiyyətləri

Mürəkkəb sistemlərin aqreqatlaşdırılması, abstrakt konveksliyin müxtəlif sahələrə tətbiqi, hermite-hadamard tip bərabərsizliyinin araşdırılması ilə məşğul olur;

M.V. Lomonosov adına Moskva Dövlət Universitetində fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir (1987).

Mükafatları
Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat

Optimallaşdırma, riyazi analiz, konveks təhlili, bərabərsizlik nəzəriyyəsi, sistem nəzəriyyəsi, riyaziyyat təhsili sahəsində çoxsaylı məqalələrin müəllifidir;

“Journal of Convex Analysis”, “Journal of Optimization Theory and Applications”, “International Journal of Engineering and Advanced Technology”, “International Journal of Innovative Technology & Exploring Engineering” kimi beynəlxalq jurnalların elmi redaktoru olmuşdur;

AMEA Kibernetika İnstitutunda kiçik elmi işçi (1978-1987), AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi (1987-1992), baş elmi işçi (1992-1999), aparıcı elmi işçi (1999-2001) vəzifələrində çalışmışdır;

Türkiyə, Akdeniz Universiteti Fənn-ədəbiyyat fakültəsi, dosent (2001-2009);

Türkiyə, Mersin Universiteti, Təhsil fakültəsi, professor, bölüm başkanı (2009-2012);

Əsərləri dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında çap olunmuşdur;

21 elmi əsərin (məqalə, kitab və monoqrafiya) müəllifidir;

Rəhbərliyi altında 3 fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunmuşdur (Türkiyə).

Əlaqə məlumatları

Tel.: +90 (242) 3106624

Faks: +90 (242) 2261953

E-mail: gabil@akdeniz.edu.tr,

gabiladilov@gmail.com

Veb-sayt: aves.akdeniz.edu.tr/gabil/

Akdeniz Universiteti, Təhsil fakültəsi, Dumlupınar Bulvarı, Kampüs, 07058, Antalya

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017Tel: (994 12) 5390167, (994 12) 5371897E-poçt:secretary@iit.science.az