AZƏRBAYCAN                  RESPUBLİKASI
“Azərbaycan alİmlərİ dİasporu” İnformasİya sİstemİ
Çap et
Soyadı, Adı, Atasının adı Abdullayev Rizvan Yusif oğlu
Təvəllüdü 30.04.1961
Anadan olduğu yer Azərbaycan, Ağstafa rayonu
Bitirdiyi ali təhsil müəssisəsi N. Nərimanov adına Azərbaycan Tibb İnstitutu (indiki Azərbaycan Tibb Universiteti), Sanitariya-gigiyena fakültəsi
Yaşadığı ölkə Rusiya
Əsas iş yeri və ünvanı Rusiya Tibb Elmləri Akademiyası Mərkəzi Elmi Tədqiqat Vərəm İnstitutunun biokimya laboratoriyası
Elmi sahəsi Biologiya elmləri
Əsas elmi nailiyyətləri

Tibb üzrə elmlər doktoru, professor;

Rusiya Tibb Elmləri Akademiyasının Mərkəzi Elmi-tədqiqat Vərəm İnstitutunun (RTEA METVİ) aspiranturasına (indiki doktorantura) daxil olub (1990);

“Ağciyər vərəminə tutulmuş xəstələrdə kimyəvi terapiya prosesində energetik mübadilə göstəricilərinin və eritrositlərin oksigen ötürmə funksiyasının klinik əhəmiyyəti” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1993);

“Dövr edən faqositlərin və ağciyər faqositlərinin metabolik statusu müxtəlif olan xəstələrdə ağciyər vərəminin gedişatı” mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə edib (1999);

123 elmi əsərin, “Vərəmlə mübarizə müəssisələrində biokimyəvi tədqiqat metodlarının tətbiqi” və “Kəskin inkişaf edən ağciyər vərəminə tutulmuş xəstələrin biokimyəvi tədqiqatı” adlı metodik tövsiyələrin müəllifidir.

Mükafatları
Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat

Dəvəçi (indiki Şabran) şəhərinin Mərkəzi rayon xəstəxanasının kliniki diaqnostika laboratoriyasında əmək fəaliyyətinə başlayıb (1984), həkim-laborant, laboratoriya müdiri vəzifələrində çalışıb;

Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ftiziopulmonologiya İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb (1988);

RTEA METVİ-da patoloji anatomiya, elektron mikroskopiya və biokimya şöbəsinin elmi işçisi (1993), böyük elmi işçi, aparıcı elmi işçisi (1999) vəzifələrində çalışıb, biokimya laboratoriyasının müdiri vəzifəsinə təyin edilib (2010);

Rusiya Federasiyası və MDB ölkələrinin ftiziatrlarının qurultaylarında, tənəffüs orqanlarının xəstəliklərinə həsr olunan milli konqreslərdə, Avropa Respirator Cəmiyyətinin konqreslərində (Münxen, Stokholm, Barselona) elmi məruzələrlə çıxış edir;

Rəhbərliyi altında 4 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib;

“Kliniki laboratoriya diaqnostikası” ixtisası üzrə ali ixtisas kateqoriyası alıb;

Ftiziatrların və pulmonoloqların ixtisaslaşması və təkmilləşdirilməsi üçün silsilə mühazirələr oxuyur.

Əlaqə məlumatları

E-mail: rizvan0403@yandex.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017Tel: (994 12) 5390167, (994 12) 5371897E-poçt:secretary@iit.science.az