AZƏRBAYCAN                  RESPUBLİKASI
“Azərbaycan alİmlərİ dİasporu” İnformasİya sİstemİ
Çap et
Soyadı, Adı, Atasının adı Abbasov İftixar Balakişi oğlu
Təvəllüdü 29.10.1966
Anadan olduğu yer Azərbaycan, Lənkəran rayonu, Daşdalıqcar kəndi
Bitirdiyi ali təhsil müəssisəsi Taqanroq Radiotexnika İnstitutu (1988)
Yaşadığı ölkə Rusiya
Əsas iş yeri və ünvanı Cәnub Federal Universitetinin Taqanroq Texnologiya İnstitutunun Mühәndis qrafikası vә kompüter dizaynı kafedrasının müdiri
Elmi sahəsi Riyaziyyat
Əsas elmi nailiyyətləri

Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru (1997);

Texnika üzrə elmlər doktoru (2012);

Dosent (2000);

9 monoqrafiya, 220 elmi və tədris-metodiki işi və EHM üçün proqramların dövlət qeydiyyatı haqqında 3 şəhadətnamənin müəllifidir.

Mükafatları

Soros Fondunun və Taqanroq Dövlət Radiotexnika Universitetinin (TDRU) Elmi Şurasının təqaüdçüsü olub (1993-1996)

Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat

Taqanroq Radiotexnika İnstitutunun Elektrohidroakustika və ultrasəs texnikası kafedrasında baş laborant, mühəndis, laboratoriya müdiri vəzifələrində işləyib (1989-1993);

TDRU-nun Mühəndis qrafikası kafedrasının assistenti vəzifəsində çalışıb (1996);

Mühəndis və kompüter qrafikası, üçölçülü kompüter modelləşdirməsi, qavrama psixologiyası sahələri üzrə tədris fəaliyyəti ilə məşğuldur;

Kompüter texnologiyalarının dizaynda tətbiqi üzrə 12 dərs vəsaitinin müəllifidir;

“MİFİ” Milli Nüvə Tədqiqatları Universitetində (Moskva, 2009), S.Q. Stroqanov adına Moskva Dövlət Bədii-Sənaye Akademiyasında (Moskva, 2010) ixtisasartırma kursları keçib;

Rusiya Dizaynerlər İttifaqının, Rusiya Akustika Cəmiyyətinin, Hindistan Riyaziyyat Cəmiyyətinin üzvüdür;

Bioqrafik məlumatları “Учёные России” kitabına, “Marquis Who's Who in the World” (ABŞ), “Who's Who в Росии” (İsveçrə) beynəlxalq bioqrafik məlumat kitabçalarına daxil edilib.

Əlaqə məlumatları

Tel.: +7 (863) 4371794

E-mail: ibabbasov@sfedu.ru, ftikhar_abbasov@mail.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017Tel: (994 12) 5390167, (994 12) 5371897E-poçt:secretary@iit.science.az