Soyadı, Adı, Atasının adı | Ağamalıyev Emin Qafar oğlu |
Təvəllüdü | 02.04.1980 |
Anadan olduğu yer | Azərbaycan, Bakı şəhəri |
Bitirdiyi ali təhsil müəssisəsi | Azərbaycan Dövlət İqtisad Universiteti, Kommersiya və iqtisadi münasibətlər ixtisası (2000) |
Yaşadığı ölkə | Fransa |
Əsas iş yeri və ünvanı | Fransa, Monpelye Universitetinin müəllimi |
Elmi sahəsi | İqtisad elmləri |
Əsas elmi nailiyyətləri | İqtisad üzrə elmlər doktoru (2006) |
Mükafatları | |
Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat | Müəllimlik fəaliyyətinə Monpelye 1 və Monpelye 2 universitetlərində başlamışdır (2004-cü ildən); Fransanın ən tanınmış jurnallarında çox sayda məqaləsi çap olunmuşdur; Azərbaycan Memarlıq və İnşaat Universitetində mühazirə oxumuşdur (2004-2005); Fransa-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycanın Fransadakı səfirliyi ilə sıx əlaqələr quraraq onların tədbirlərində daim iştirak etmişdir; 2001-ci ilin mayında Azərbaycanın Avropa Şurasına daxil olması ilə əlaqədar Monpelye şəhərində "Avropa ailəsi genişlənir" mövzulu seminarda Azərbaycanı təmsil etmişdir; Avropa Gənclər Hərəkatı Təşkilatının keçirdiyi seminarda Qarabağ həqiqətləri haqqında çıxış etmişdir. |
Əlaqə məlumatları |