AZƏRBAYCAN                  RESPUBLİKASI
“Azərbaycan alİmlərİ dİasporu” İnformasİya sİstemİ
Çap et
Soyadı, Adı, Atasının adı Abıyev Rahib Hidayət oğlu
Təvəllüdü 08.01.1966
Anadan olduğu yer Azərbaycan
Bitirdiyi ali təhsil müəssisəsi M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)
Yaşadığı ölkə Şimali Kipr Türk Respublikası
Əsas iş yeri və ünvanı Yakın Doğu Universiteti, "Tətbiqi Süni Zəka Tədqiqat Mərkəzi"nin direktoru və Kompüter mühəndisliyi şöbəsinin müdiri
Elmi sahəsi Texnika elmləri
Əsas elmi nailiyyətləri

Fəlsəfə doktoru elmi dərəcəsini almışdır (1997);

Professor (2001);

200-ə yaxın məqalə (40-dan çox məqaləsi yüksək istinad indeksli jurnallarda dərc olunub) və 7 kitabın müəllifidir;

Yakın Doğu Universitetində 6 mobil robotdan ibarət olan Robotik futbol komandasını yaratmışdır.

Mükafatları

Araşdırma üçün yüksək nailiyyət mükafatı, Yakın Doğu Universiteti, mart 2011;

Azərbaycanda “Neft və Azərbaycanın Gələcəyi” mövzusunda gənc alimlər arasında aparılan yarışmanın qalibi diplomu (Bakı, 1998).

Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat

40 magistrın elmi rəhbəri olmuşdur;

Yakın Doğu Universitetində “Robotik” araşdırma qrupunu yaratmışdır (2001);

Tətbiqi Süni İntellekt Araşdırma Mərkəzini təsis etmişdir (2009) və hazırda bu mərkəzin müdiri kimi fəaliyyət göstərir;

Kompüter texnologiyaları və proqramlaşdırma, süni intellekt sistemləri, idaretmə sistemləri, soft computing, alqoritmlər və s. istiqamətlərdə araşdırmalar aparır;

Çox sayda beynəlxalq konfransın proqram və təşkilat komitəsinin üzvü olmuşdur.

Əlaqə məlumatları

Tel.: +90 (392) 2236464 (daxili 5383)

E-mail: rahib.abiyev@neu.edu.tr

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017Tel: (994 12) 5390167, (994 12) 5371897E-poçt:secretary@iit.science.az