AZƏRBAYCAN                  RESPUBLİKASI
“Azərbaycan alİmlərİ dİasporu” İnformasİya sİstemİ
Çap et
Soyadı, Adı, Atasının adı Abdullayev Sərdar Süleyman oğlu
Təvəllüdü 21.01.1951
Anadan olduğu yer Azərbaycan, Kəlbəcər rayonu, Yanşaq kəndi
Bitirdiyi ali təhsil müəssisəsi Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutu (indiki Azərbaycan Texniki Universiteti), “Hidromeliorasiya işlərinin mexanikləşdirilməsi” ixtisası
Yaşadığı ölkə Rusiya
Əsas iş yeri və ünvanı “Тверьгражданстрой” tikinti şirkəti Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru
Elmi sahəsi İqtisad elmləri
Əsas elmi nailiyyətləri

“İqtisadi informasiya əsasında istehsalatın idarə edilməsi” mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə edib (2000)

Mükafatları

Tikinti sahəsində xidmətlərinə görə “Rusiya Federasiyasının (RF) Əməkdar İnşaatçısı” fəxri adı verilib (1994);

“Dostluq” ordeni ilə təltif edilib, “Rusiyanın Fəxri İnşaatçısı” adı verilib (1998);

Rusiya İnşaatçılar İttifaqının təqdimatına əsasən, “Alfa Biznes Klub” tərəfindən Londonda “Yeni şəraitdə biznesin uğurlu tətbiqi"nə görə gümüş mükafat və qızıl nişan təqdim edilib (1998);

Amerika-Rusiya Sənaye-Ticarət Palatasının (ARCCI) Direktorlar Şurası “Stabil yüksək istehsal göstəricilərinə şəxsi töhfə"yə görə “Golden Galaxy” medalının verilməsi haqqında qərar qəbul edib (2001);

Tver vilayətinin inkişafındakı xidmətlərinə görə Tver vilayəti qubernatorunun döş nişanı (2001) və Tver vilayətinin Qanunverici Məclisinin qərarı ilə Fəxri Fərmanla təltif edilib (2001);

Tver vilayətinin inkişafında verdiyi töhfəyə görə Tver vilayəti qubernatorunun Fəxri Fərmanına layiq görülüb (2004);

RF Dövlət Tikinti və Mənzil-Kommunal Kompleksi Komitəsinin və RF Dövlət İnşaat, Arxitektura və Mənzil Siyasəti Komitəsinin Fəxri Fərmanları ilə təltif edilib;

Rusiya İnşaatçılar İttifaqı tərəfindən RF Regional İnkişaf Nazirliyi və Tikinti və inşaat materialları sənayesi işçilərinin Həmkarlar İttifaqı ilə birgə hər il keçirilən “Ən yaxşı tikinti təşkilatı” Ümumrusiya müsabiqəsinin yekunlarına görə dəfələrlə “Rusiya inşaat kompleksi təşkilatının ən yaxşı rəhbəri” xüsusi sertifikatı təqdim edilib;

“Tərəqqi” medalı ilə təltif olunub (2006).

Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat

Kalinin vilayəti “Kalininmeliorasiya” İstehsalat Birliyinin 2 №-li Səyyar Mexanikləşdirilmiş Dəstəsində (PMK-2) mühəndis-mexanik, baş mexanik, rəis (1980-1982) vəzifələrində işləyib;

1982-ci ildə Kalinin (indiki Tver) vilayətindəki “Kalininselstroy” İstehsalat Birliyində işə dəvət edilib, 1316 №-li İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş Dəstənin (SPMK-1316) rəisi, sonra isə “Kalininselstroymexanizasiya” trestinin müdiri olub (1982-1986);

“ Калинингражданстрой” vilayət İstehsalat Birliyi rəisinin müavini (1986), birliyin rəisi  (1991) vəzifəsində işləyib;

“Тверьгражданстрой” Tikinti Şirkəti Qapalı Səhmdar Cəmiyyətinə rəhbərlik edir (1993-cü ildən);

Verxnevoljsk Mühəndislik Akademiyasının həqiqi üzvüdür;

Tver Dövlət Texniki Universitetinin (TDTU) Fəxri Professorudur;

Strateji uçot və iqtisadi informasiya əsasında inşaat kompleksinin idarə edilməsi sahəsində bir sıra məqalələrin muəllifidir;

Rusiyada və xaricdə tərtib olunan “Лучшие люди России”, “Who is who в России” kimi nüfuzlu ensiklopedik nəşrlərə daxil edilib;

Sov.İKP Belski Rayon Komitəsinin üzvü, rayon sovetinin deputatı, Tver vilayət Xalq Deputatları Sovetinin deputatı seçilib.

Əlaqə məlumatları

Tel.: +7 (822) 334785

Faks: +7 (822) 427618

E-mail: tgs@elnet.msk.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017Tel: (994 12) 5390167, (994 12) 5371897E-poçt:secretary@iit.science.az