AZƏRBAYCAN                  RESPUBLİKASI
“Azərbaycan alİmlərİ dİasporu” İnformasİya sİstemİ
Çap et
Soyadı, Adı, Atasının adı Ağayev Ədnan Tofiq oğlu
Təvəllüdü 25.10.1956
Anadan olduğu yer Azərbaycan, Bakı şəhəri
Bitirdiyi ali təhsil müəssisəsi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu
Yaşadığı ölkə Rusiya
Əsas iş yeri və ünvanı "KAMS" hüquq firmasının Moskva ofisi
Elmi sahəsi Hüquq elmləri
Əsas elmi nailiyyətləri

SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında tarix üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1985)

Mükafatları
Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat

SSRİ Xarici İşlər Nazirliyində attaşe (1979);

BMT-nin Cenevrədəki qərargahında siyasi məsələlər üzrə böyük əməkdaş vəzifəsinə təyin olunub (1980);

İsveçrədə, BMT-nin Tərksilah Problemləri üzrə Tədqiqatlar İnstitutunda çalışıb;

Moskva SSRİ Xarici İşlər Nazirliyinə qayıdıb (1986);

Beynəlxalq Təşkilatlar Departamentində Tərksilah problemləri şöbəsinin rəisi (1986-1989), Çoxtərəfli tərksilah və beynəlxalq təhlükəsizlik departamentinin direktoru (1990-1991);

Rusiya Federasiyasının (RF) Xarici işlər nazirinin xüsusi müşaviri, Rusiya Xarici Siyasət Fondunun sədri, Xarici siyasətin planlaşdırılması departamentinin rəhbəri vəzifələrində çalışıb (1991);

BMT-nin Baş katibi yanında Tərksilah Şurasının üzvü (1993);

RF-nin Kolumbiya Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri (1994-1999);

“Yeqorov, Puqinski, Afanasyev i Partnyorı” hüquq firmasının (sonradan–vəkil bürosu) Moskva bölməsinin tərəfdaşı (1999-2013);

“KAMS” hüquq firmasının Moskva ofisinin direktorudur (2013-cü ildən);

Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin professorudur;

Parisdəki Panteon-Assas (“Paris 2”) Universitetində mühazirələr oxuyur;

Corctaun Universitetində (Vaşinqton, ABŞ), Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunda, Fransa Beynəlxalq Münasibətlər İnstitutunda, Ekol Militer Hərbi Akademiyasında (Paris), Mayami Universitetində (ABŞ) mühazirələr oxuyub;

Beynəlxalq təhlükəsizlik və tərksilah məsələləri üzrə bir sıra əsərləri nəşr olunub;

Rusiya-Amerika işgüzar əməkdaşlıq şurasının vitse-prezidentidir (2000-ci ildən);

Rusiya-Amerika biznes-dialoqunun təşəbbüskarlarından biridir. Bununla əlaqədar, Rusiya işgüzar dairələri üçün Rusiya-Amerika iqtisadi münasibətlərinin siyasi iqliminin yaxşılaşmasına dair tövsiyələrin hazırlanmasında fəal iştirak edir.

Əlaqə məlumatları
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017Tel: (994 12) 5390167, (994 12) 5371897E-poçt:secretary@iit.science.az