AZƏRBAYCAN                  RESPUBLİKASI
“Azərbaycan alİmlərİ dİasporu” İnformasİya sİstemİ
Çap et
Soyadı, Adı, Atasının adı Adıgözəlzadə Həsən Əfrasiyab oğlu
Təvəllüdü 23.01.1946
Anadan olduğu yer Azərbaycan, Bakı şəhəri
Bitirdiyi ali təhsil müəssisəsi Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Ü. Hacıbəyli adına Azərbaycan Milli Konservatoriyası)
Yaşadığı ölkə Türkiyə‎
Əsas iş yeri və ünvanı Bursa Uludağ Universiteti, Gözəl sənətlər fakültəsi, Görükle Kampusu, 16059 Nilüfer
Elmi sahəsi Sənətşünaslıq
Əsas elmi nailiyyətləri

Simfonik orkestr üçün simfoniya, 3 kantata, fortepiano triosu, xalq çalğı alətləri və band orkestrləri üçün əsərlər, uşaq xorları üçün mahnılar, dövlət dram teatrlarının oyunları üçün 20-dən çox musiqinin, o cümlədən Azərbaycan, türk, rus şairlərinin şeirlərinə bəstələnmiş bir neçə romansın müəllifidir

Mükafatları
Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat

Azərbaycan bəstəkarı;

Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində musiqi redaktoru;

Mədəniyyət Nazirliyinin Repertuar-Redaksiya Kollegiya üzvü olmuşdur;

Beynəlxalq Muğam Mərkəzi və “Qopuz” Azərbaycan Xalq Sənətləri Mərkəzinin rəhbəri olmuşdur;

Avropa və Asiyanın müxtəlif ölkələrində keçirilən konqres, simpozium və konfranslarda məruzəçi qismində iştirak etmişdir;

Uludağ Universiteti, Təhsil fakültəsi, Musiqi təhsili bölməsində müəllim vəzifəsində çalışır (1991-ci ildən indiyədək);

Bursa Böyükşəhər Bələdiyyəsi, musiqi məsləhətçisi olmuşdur (1996-1998);

Ney və Simfonik Orkestr üçün ilk dəfə bəstələnən “İlahilər” kompozisiyası Beynəlxalq Bursa Festivalında səsləndirilmişdir (1998);

Bursa Uludağ Universiteti, Gözəl sənətlər fakültəsinin tədris köməkçisi vəzifəsində çalışır;

Xor, simfonik, kamera orkestrləri və müxtəlif qruplar üçün Anadolu türkləri və türk bəstəkarlarının əsərlərinin tərtibatını və orkestrasiyasını həyata keçirmişdir.

Əlaqə məlumatları
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017Tel: (994 12) 5390167, (994 12) 5371897E-poçt:secretary@iit.science.az