Soyadı, Adı, Atasının adı | Allahverdiyev Adil Məhəmmədəli oğlu |
Təvəllüdü | 01.03.1951 |
Anadan olduğu yer | Azərbaycan, Naxçıvan MR, Culfa rayonu, Yaycı kəndi |
Bitirdiyi ali təhsil müəssisəsi | N.Nərimanov adına Azərbaycan Tibb İnstitutu (indiki Azərbaycan Tibb Universiteti), Azərbaycan Elmi-Tədqiqat Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutu (klinik ordinatura) |
Yaşadığı ölkə | Türkiyə |
Əsas iş yeri və ünvanı | Yıldız Teknik Universiteti, Biomühəndislik kafedrası, Hüceyrə kulturası və toxuma mühəndisliyi laboratoriyası. Davutpaşa Mah., Davutpaşa küç. 34220, Esenler, İstanbul |
Elmi sahəsi | Tibb elmləri |
Əsas elmi nailiyyətləri |
Y.İ. Marsinovski adına Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutu, tibb üzrə fəlsəfə doktoru (1981); Y.İ. Marsinovski adına Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutu, tibb üzrə elmlər doktoru (1989); Kök hüceyrə və toxuma mühəndisliyi, kök hüceyrələrin regenerativ təbabətdə tətbiq edilməsi, hüceyrələrin kriobiologiyası, bədxassəli şişlərə və infeksion xəstəliklərə qarşı nanotexnologiyaya əsaslanan yeni nəsil vaksin və dərman preparatlarının, infeksion xəstəliklərin diaqnostikasında hibridoma texnologiyasına əsaslanan yeni diaqnostik kitlərin işlənib hazırlanmasının təşkili; Üz ifliclərinin, qaraciyər xəstəliklərinin, oynaq-qığırdaq xəstəliklərinin müalicəsi üçün ilk dəfə olaraq fərqli metod ilə kök hüceyrələrindən sinir, hepatosid, kondrosit, adiposit kimi hüceyrələr əldə edilmişdir; Dünyada ilk olaraq leyşmaniya xəstəliyinin dəri və insan ölümünə səbəb olan visseral formasının diaqnostikasında yeni diaqnostika metodu işlənib hazırlanmış və bu kəşf ABŞ-da "American Journal Tropical Medicine and Hygiene" jurnalında (2004, 2005) dərc edilmişdir; 180-dən çox elmi məqalənin, 10-dan çox kitab və kitab bölmələrinin müəllifidir. |
Mükafatları |
“Peşəkar xidmətlərinə görə” mükafat (2006); Ən yaxşı patentçi; Səmərələşdirici təklif yarışmasında birincilik əldə etdiyinə görə, İ.M. Seçenov adına Birinci MDTU-nin E.İ. Martsinovski adına Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutu (Moskva) tərəfindən mükafat; TÜBİTAK (Türkiyə) tərəfindən “Uluslararası Bilimsel Yayın Desteği” mükafatı. |
Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat |
S.M. Kirov adına Azərbaycan Elmi-Tədqiqat Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır (1981-1983); Azərbaycan Elmi Tədqiqat Mikrobiologiya, Epidemiologiya və Peşə xəstəlikləri İnstitutu (indiki V. Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu) “Hüceyrə kulturaları və krioprezervasiyalar” laboratoriyasının müdiri (1990); Türkiyə Çukurova Universitetinin Tibb fakültəsinə dəvət edilmişdir (1992); Türkiyədə TÜBİTAK, Sənaye və Ticarət Nazirliyində elmi layihələrin müzakirəsində ekspert kimi iştirak etmişdir. Həmçinin Türkiyə parazitologiya və tropik xəstəlikləri elmi şurasının üzvüdür; ABŞ-ın Stony Brook Universitetinin adjunct (köməkçi) professorudur; Hazırda Yıldız Teknik Universiteti, “Biomühəndislik” kafedrası, Hüceyrə kulturası və toxuma mühəndisliyi laboratoriyasının müdiri vəzifəsində çalışır. |
Əlaqə məlumatları |
Tel.: +90 (212) 3834659 Faks: +90 (212) 3834625 Mob.: +90 (536) 2446353 E-mail: [email protected] |