AZƏRBAYCAN                  RESPUBLİKASI
“Azərbaycan alİmlərİ dİasporu” İnformasİya sİstemİ
Çap et
Soyadı, Adı, Atasının adı Abışov Azad Ziyad oğlu
Təvəllüdü 15.05.1935
Anadan olduğu yer Azərbaycan, Puşkin rayonu (indiki Biləsuvar), Qriboyedovka kəndi
Bitirdiyi ali təhsil müəssisəsi N. Nərimanov adına Azərbaycan Tibb İnstitutu (indiki Azərbaycan Tibb Universiteti), Əczaçılıq fakültəsi, Leninqrad Dövlət Universiteti (indiki Sankt-Peterburq Dövlət Universiteti), Kimya fakültəsi (1963-1965)
Yaşadığı ölkə Rusiya
Əsas iş yeri və ünvanı
Elmi sahəsi Tibb elmləri
Əsas elmi nailiyyətləri

SSRİ Elmlər Akademiyası Botanika İnstitutunun aspiranturasına (indiki doktorantura) daxil olmuşdur (1963);

LDU-nun Kimya fakültəsində fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir (1967);

Bioorqanik kimya, təbii və fizioloji aktiv maddələrin kimyası və orqanik kimya (zərif üzvi sintez) ixtisasları üzrə elmlər doktorluğu dissertasiyasını müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır (1984);

Baş elmi işçi (1979);

Professor (1991);

Elmi-tədqiqat işi yeni ürək-damar, immunmodulyatorların və virus əleyhinə təsir göstərən dərman preparatlarının yaradılmasına yönəlmişdir. İlk dəfə olaraq sintetik antigenlər (immunomodulyatorların və onların konyuqə olunmuş (birləşmiş) antigenlərinin) və kalsium ionlarının antoqonistləri sahəsində patentləşdirilmiş elmi istiqamət işlənib hazırlanmışdır;

Təbii heterotsiklik birləşmələrin və onların sintetik analoqlarının kimyəvi-farmakoloji tədqiqatları prosesində ilk dəfə olaraq yalnız L-tipli potensial asılı kalsium kanallarının keçiriciliyinə deyil, həm də mərkəzi sinir sistemi və qanqliyalarda geniş yayılmış N və T tipli kalsium kanallarının keçiriciliyinə fəal təsir edən yeni nəsil kalsium ionlarının antoqonistlərinin xassələrinə malik olan birləşmələr (obtusifol, dekursinol, diumankal və ya onların analoqu) aşkar edilmişdir;

260-dan çox elmi məqalə və tezisin, o cümlədən 7 monoqrafiyanın, SSRİ-nın 17 müəllif şəhadətnaməsinin, 10 Rusiya patentinin, 3 İtaliya patentinin müəllifidir.

Mükafatları

"Sovet xalqının 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbəsinin 50 illiyi" medalı (1995);

"Sankt-Peterburqun 300 illiyi" medalı (2003);

"Rusiya həmkarlar ittifaqlarının 100 illiyi" medalı (Rusiya Müstəqil Həmkarlar İttifaqı Federasiyası, 2005);

"Rusiya Federasiyasının əməkdar elm xadimi" fəxri adı (Rusiya Federasiyası Prezidentinin fərmanı, 2007).

Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat

Avropa Kimyaterapiya Cəmiyyətinin üzvüdür (1992);

Bitki dərmanlarının kimyası və texnologiyası və heterodövrlü birləşmələrin biokimyası sahəsində Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir (1994);

İ.İ. Meçnikov adına Sankt-Peterburq Dövlət Tibb Akademiyasının Biokimya fakültəsinin professoru vəzifəsində çalışmışdır (1987-2000). Alim, bioloji fəal heterotsiklik birləşmələr üzrə xüsusi mühazirələr hazırlamış və rus və ingilis dillərinndə tələbələrə, doktorantlara və ordinatorlara oxumuşdur.

Əlaqə məlumatları
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017Tel: (994 12) 5390167, (994 12) 5371897E-poçt:secretary@iit.science.az