AZƏRBAYCAN                  RESPUBLİKASI
“Azərbaycan alİmlərİ dİasporu” İnformasİya sİstemİ
Çap et
Soyadı, Adı, Atasının adı Əfəndiyev Yalçın Rafiq oğlu
Təvəllüdü 25.01.1971
Anadan olduğu yer Azərbaycan, Bakı şəhəri
Bitirdiyi ali təhsil müəssisəsi M.V. Lomonosov adına Moskva Dövlət Universiteti
Yaşadığı ölkə ABŞ‎
Əsas iş yeri və ünvanı Texas Aqrar Texniki Universiteti, Hesablama elmləri kafedrası, ABŞ
Elmi sahəsi Riyaziyyat
Əsas elmi nailiyyətləri

Hesablama və tətbiqi riyaziyyat üzrə fəlsəfə doktoru, professor;

1 monoqrafiya, 140-dan çox bülletenin müəllifidir;

“İnternational Journal on Geomathemathics” jurnalının, o cümlədən doqquz jurnalın redaksiya şurasının üzvüdür;

Bir çox elmi forumların təşkilat komitəsinin üzvüdür;

Rəhbərliyi altında 12 fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunmuşdur;

Tanınmış elmi-tədqiqat jurnallarında 100-dən çox nəşrin müəllifi, həmçinin ABŞ, Yaxın Şərq və Avropada çoxsaylı konfrans və seminarların təşkilatçısıdır. “SIAM Geosciences”də çoxsaylı dəvətli və plenar məruzələrlə, həmçinin “East Asia SIAM”da əsas məruzəçi kimi və bir çox digər çıxışlar etmişdir;

İnterPor-un illik yığıncağının baş təşkilatçısı və dalğalı tənliklərin çoxmiqyaslı həlli metodlarına həsr olunmuş konfransın, Obervolfax seminarı və digər tədbirlərin həmtəşkilatçısıdır;

Çoxsaylı qrantların, o cümlədən ABŞ Milli Elm Fondu, energetika şöbəsi və Amerika ordusu qrantlarının sahibidir. Onun elmi tədqiqatları bir neçə federal və sənaye təşkilatları tərəfindən maliyyələşdirilir. Onun lay rezervuarının modelləşdirilməsi sahəsində tədqiqatları bir neçə neft şirkətindən də qrantlar alıb.

Mükafatları

SSRİ Riyaziyyat Yarışmasında (ikinci yeri bölüşüb) İkinci dərəcəli diplom (1988);

Moskva Dövlət Universiteti, fərqlənmə diplomu (1993);

Saul Kaplun Memorial Fellowship, Kaliforniya Texnologiya İnstitutu (1995-1996);

Tətbiqi riyaziyyat dissertasiyası üçün W.P. Carey mükafatı, Kaliforniya Texnologiya İnstitutu (1999);

Hesablama mexanikası üzrə Altıncı ABŞ Milli Konqresinin gənc tədqiqatçısı (2001);

Fraunhofer Bessel mükafatı (Alexander von Humboldt Fondu) (2010);

QRI təqaüdü (2011);

Class of Fellows of AMS (2017).

Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat

Elmi işçi (Part-time), "Chevron Petroleum Technology Company", La Habra (1998-1999);

Aspirantura, Riyaziyyat İnstitutu, Minnesota Universiteti, Minneapolis (1999);

Dosent, Riyaziyyat Bölümü, Texas A&M University Collage Station (2001-2005);

Professor, Riyaziyyat Bölümü, Texas A&M University Collage Station (2005–2008);

Direktor, Elmi Hesablama İnstitutu, Texas A&M University Collage Station (2008-2011);

Ədədi Simulyasiya İnstitutunun direktoru (2012-ci ildən);

Kral Abdullah adına Elmi-Texniki Universitetdə (KAUST, Səudiyyə Ərəbistanı) fəaliyyət göstərən mərkəzin direktoru (2012-ci ildən);

ABŞ-ın Texas Aqrar Texniki Universitetinin Hesablama elmləri kafedrasının müdiridir.

Əlaqə məlumatları

Tel.: +1 (979) 4580836

E-mail: efendiev@math.tamu.edu

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017Tel: (994 12) 5390167, (994 12) 5371897E-poçt:secretary@iit.science.az