Soyadı, Adı, Atasının adı | Abutalıbov Ramiz Abutalıb oğlu |
Təvəllüdü | 27.10.1937 |
Anadan olduğu yer | Azərbaycan, Naxçıvan MR, Ordubad rayonu |
Bitirdiyi ali təhsil müəssisəsi | S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), Geologiya fakültəsi (1960) |
Yaşadığı ölkə | Rusiya |
Əsas iş yeri və ünvanı | |
Elmi sahəsi | Yer elmləri |
Əsas elmi nailiyyətləri |
R. Abutalıbovun təşəbbüsü və iştirakı ilə Rusiyada Azərbaycan tarixi və mədəniyyəti haqqında 11 kitab nəşr olunmuşdur; Dağlıq Qarabağ münaqişəsinə dair Fransada çap olunmuş dörd kitabın tərtibçisi və müəllifidir (1989-1992); Bir çox məqalələri Azərbaycanda, Fransada, Böyük Britaniyada, Almaniyada və Rusiyada dərc edilmişdir. |
Mükafatları |
Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində və inkişafında xidmətlərinə görə "Fəxri Legion" ordeni ilə təltif edilmişdir (1998); "Azərbaycan Diplomatiyasının 90 illiyi" medalı (2009); "Puşkin" medalı (2010); Azərbaycan mədəniyyətinin təbliğinə görə Prezident təqaüdü (2016). |
Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat |
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində Xarici ölkələrlə əlaqələr şöbəsinin rəisi, Azərbaycan SSR Ali Sovetinin Xarici İşlər üzrə komissiyasının sədri vəzifələrində çalışmışdır (1980-1984); Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə katibliyinin və YUNESKO-nun əməkdaşı olmuşdur (1971-1979, 1985-1993); Beynəlxalq əlaqələr aləmində Böyük Britaniyada nəşr olunmuş "Kim kimdir?" ("Who is Who?") ensiklopediyasında 259 sovet diplomatı arasında yeganə azərbaycanlı olmuşdur (1990); Parisdə “Azərbaycan evi” cəmiyyətinin yaradıcılarından biridir (1992); Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsində işləmişdir (1993-2004); "İçərişəhər"in və "Muğam" sənətinin Ümumdünya İrs siyahısına salınması, Əlimərdan bəy Topçubaşova xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması və Əkbər ağa Şeyxülislamovun qəbrinin bərpa edilməsi tədbirlərinin əsas təşkilatçılarından biri olmuşdur (2000-2003); Beynəlxalq Jurnalistlər İttifaqının üzvüdür. |
Əlaqə məlumatları |