AZƏRBAYCAN                  RESPUBLİKASI
“Azərbaycan alİmlərİ dİasporu” İnformasİya sİstemİ
Çap et
Soyadı, Adı, Atasının adı Əbilov Əhmədağa İmaş oğlu
Təvəllüdü 10.07.1951
Anadan olduğu yer Azərbaycan, Yardımlı rayonu
Bitirdiyi ali təhsil müəssisəsi S. Ağamalı adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti)
Yaşadığı ölkə Rusiya
Əsas iş yeri və ünvanı Akademik V.K.Milovanov adına Ümumrusiya Heyvandarlıq Elmi-tədqiqat İnstitutu, Çoxalmanın biologiyası və embrionların köçürülməsi şöbəsi (2004-cü ildən)
Elmi sahəsi Aqrar elmlər
Əsas elmi nailiyyətləri

ABŞ, Yaponiya, Kanada, İtaliya, Ukrayna kimi ölkələrin nüfuzlu elmi nəşrlərində çap olunmuş 150-dən çox elmi əsərin müəllifidir;

1996-cı ildə “Maldarlıq sahəsində süni mayalandırma texnologiyasının təkmilləşdirilməsiylə əlaqədar qiymətləndirilmə metodlarının işlənilməsi və orqanizmin immun vəziyyətinin requlyasiyası” mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə etmişdir.

Mükafatları
Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat

İribuynuzlu mal-qaranın təkrar istehsalının effektivliyinin artırılması, iribuynuzlu mal-qara embrionlarının transplantasiyası, zubrların (vəhşi buğa) genofondunun qorunub saxlanması və onlardan növarası hibridləşmədə istifadə sahəsində araşdırmalar aparmış, bir neçə kitab və dərs vəsaiti çap etdirmişdir;

Salyan rayonu “Azərbaycan”, “Əzizbəyov”, “Yeni Muğan” kolxozlarında baş baytar həkim vəzifəsində çalışmışdır (1972-1980);

1984-cü ildən etibarən Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasında fəaliyyət göstərir.

Əlaqə məlumatları

Tel.: +7 (499) 7232693, +7 (891) 6146110

E-mail: kamaf@yandex.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017Tel: (994 12) 5390167, (994 12) 5371897E-poçt:secretary@iit.science.az