AZƏRBAYCAN                  RESPUBLİKASI
“Azərbaycan alİmlərİ dİasporu” İnformasİya sİstemİ
Çap et
Soyadı, Adı, Atasının adı Abdullayev Fəxrəddin Gülməmməd oğlu
Təvəllüdü 15.05.1957
Anadan olduğu yer Azərbaycan, Şamaxı rayonu, Sündi kəndi
Bitirdiyi ali təhsil müəssisəsi S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), Fizika-riyaziyyat fakültəsi
Yaşadığı ölkə Türkiyə‎
Əsas iş yeri və ünvanı S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), Fizika-riyaziyyat fakültəsi
Elmi sahəsi Riyaziyyat
Əsas elmi nailiyyətləri

Ukrayna Elmlər Akademiyası (UEA) Tətbiqi Riyaziyyat və Mexanika İnstitutunda (TRMİ) “Kvazikonform sərhədli oblastlarda sahəcə ortoqonal polinomlar” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1986);

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) “Sahəcə ortoqonal polinomlar və Biberbax polinomları” mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə edib (2003);

Professor;

Biberbax polinomlarının, onların bəzi ümumiləşmələrinin və Furye sıralarının sahəcə ortoqonal polinomlar üzrə aproksimasiya xassələrinin öyrənilməsi, sahəcə ortoqonal polinomların və ixtiyari cəbri polinomların kompleks müstəvinin müxtəlif oblastlarında davranışı istiqamətləri üzrə tədqiqatlar aparır;

Dünyanın bir sıra ölkələrinin elmi jurnallarında 150-dən çox elmi işi dərc olunub.

Mükafatları

UEA-nın M.V. Ostroqradski adına qızıl medalı (2002);

UEA-nın N.M. Krılov adına mükafatı (2007);

UEA-nın M.M. Boqolyubov adına qızıl medalı (2009).

Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat

UEA TRMİ Funksiyalar nəzəriyyəsi şöbəsində təcrübə keçib (1980), riyazi analiz ixtisası üzrə aspiranturada (indiki doktorantura) təhsili alıb (1984);

AMEA RMİ-da Riyazi analiz şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləyib (1986-1994);

Elmi fəaliyyətini Türkiyədə davam etdirib (1997-ci ildən);

Trabzondakı Qara Dəniz Texniki Uuniversitetində müəllim işləyib;

Mersin Universiteti Fənn-ədəbiyyat fakültəsinin dekanı vəzifəsində işləyib (2008-2011), hazırda riyaziyyat şöbəsinin müdiridir;

Mersin Universiteti ilə Kanada, Fransa, Ukrayna, Almaniya, Polşa və digər ölkələrin ali məktəbləri arasında elmi əlaqələrin qurulmasında fəal iştirak edib.

Əlaqə məlumatları

Tel.: +90 (533) 3641764, +90 (533) 3610001

Faks: +90 (533) 3610046

E-mail: [email protected], [email protected], [email protected]

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017 Tel: (994 12) 5390167, (994 12) 5371897E-poçt:[email protected]