Soyadı, Adı, Atasının adı | Adilov Qabil Ramazan oğlu |
Təvəllüdü | 15.05.1956 |
Anadan olduğu yer | Azərbaycan, İsmayıllı rayonu |
Bitirdiyi ali təhsil müəssisəsi | S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), Riyaziyyat fakültəsi |
Yaşadığı ölkə | Türkiyə |
Əsas iş yeri və ünvanı | Akdeniz Universiteti, Təhsil fakültəsi (2012-ci ildən) |
Elmi sahəsi | Riyaziyyat |
Əsas elmi nailiyyətləri |
Mürəkkəb sistemlərin aqreqatlaşdırılması, abstrakt konveksliyin müxtəlif sahələrə tətbiqi, hermite-hadamard tip bərabərsizliyinin araşdırılması ilə məşğul olur; M.V. Lomonosov adına Moskva Dövlət Universitetində fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir (1987). |
Mükafatları | |
Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat |
Optimallaşdırma, riyazi analiz, konveks təhlili, bərabərsizlik nəzəriyyəsi, sistem nəzəriyyəsi, riyaziyyat təhsili sahəsində çoxsaylı məqalələrin müəllifidir; “Journal of Convex Analysis”, “Journal of Optimization Theory and Applications”, “International Journal of Engineering and Advanced Technology”, “International Journal of Innovative Technology & Exploring Engineering” kimi beynəlxalq jurnalların elmi redaktoru olmuşdur; AMEA Kibernetika İnstitutunda kiçik elmi işçi (1978-1987), AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi (1987-1992), baş elmi işçi (1992-1999), aparıcı elmi işçi (1999-2001) vəzifələrində çalışmışdır; Türkiyə, Akdeniz Universiteti Fənn-ədəbiyyat fakültəsi, dosent (2001-2009); Türkiyə, Mersin Universiteti, Təhsil fakültəsi, professor, bölüm başkanı (2009-2012); Əsərləri dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında çap olunmuşdur; 21 elmi əsərin (məqalə, kitab və monoqrafiya) müəllifidir; Rəhbərliyi altında 3 fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunmuşdur (Türkiyə). |
Əlaqə məlumatları |
Tel.: +90 (242) 3106624 Faks: +90 (242) 2261953 E-mail: [email protected], Veb-sayt: aves.akdeniz.edu.tr/gabil/ Akdeniz Universiteti, Təhsil fakültəsi, Dumlupınar Bulvarı, Kampüs, 07058, Antalya |