AZƏRBAYCAN                  RESPUBLİKASI
“Azərbaycan alİmlərİ dİasporu” İnformasİya sİstemİ
Çap et
Soyadı, Adı, Atasının adı Ağakişiyev İsmayıl Əlövsət oğlu
Təvəllüdü 29.10.1961
Anadan olduğu yer Azərbaycan, Bakı şəhəri
Bitirdiyi ali təhsil müəssisəsi M.V. Lomonosov adına Moskva Dövlət Universiteti (MDU), Tarix fakültəsi (1988)
Yaşadığı ölkə Rusiya
Əsas iş yeri və ünvanı MDU-nun Tarix fakültəsinin Yaxın xarici ölkələrin tarixi kafedrası (2006-cı ildən)
Elmi sahəsi Tarix
Əsas elmi nailiyyətləri

“Hümmət” sosial-demokrat partiyasının yaradılması və fəaliyyəti (1904-1911)” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1991);

“1904-1911-ci illərdə Zaqafqaziyada “Hümmət” (“Birlik”) sosial-demokrat partiyasının yaradılması və fəaliyyəti” (1993), “Azərbaycan demokratları və İranda 1905-1911-ci illər inqilabı” (1996), “İkinci Dövlət Duması və azərbaycanlı deputatların fəaliyyəti” (1998), “Birinci Rus İnqilabı illərində azərbaycanlılarla ermənilər arasında çar gizli polisi tərəfindən təşkil edilmiş birinci milli münaqişə və bu münaqişədən çıxış yolları” (1999), “Dünya dinlərinin tarixi” (2005), “Bakı neft sənayesinin tarixi və İkinci neft bumu" monoqrafiyası (2011) kimi 50-dən çox elmi əsərin müəllifidir;

Azərbaycan tarixi, dinşünaslıq, Azərbaycanın ictimai hərəkatları, Azərbaycanın müasir siyasi tarixi, Xəzər problemi və digər mövzularda araşdırmalar aparır;

“Azərbaycan tarixi. Ən qədim dövrlərdən 1991-ci ilə qədər” (1991), “Xəzər regionu ölkələrinin neft sənayesinin tarixi (1993-2005)” (2011), “Qafqazda geosiyasi proseslər” (2012) tədris kurslarının müəllifidir.

Mükafatları
Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat

Postsovet məkanının öyrənilməsi üzrə informasiya-analitik mərkəzin əməkdaşıdır (2005-ci ildən);

“Кавказский вестник” layihəsinin təşkilatçılarından biri və baş direktorudur;

“Şimal-Cənub” politoloji mərkəzin icraçı direktorunun müavini, bu mərkəzin media-layihələrinin rəhbəridir (2014-cü ildən);

MDU-nun Tarix fakültəsinin dosenti və müəllimidir;

Həm Rusiyada, həm də digər ölkələrdə təşkil edilən çoxsaylı elmi konfransların və “dəyirmi masa”ların daimi iştirakçısıdır;

Tələbələr üçün azərbaycanşünaslıq kursu aparmaqla Azərbaycan üzrə mütəxəssislər hazırlayır;

“Rusiya-Azərbaycan” adlı xüsusi layihənin rəhbəridir;

Rusiya Dövlət Humanitar Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəridir.

Əlaqə məlumatları
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017 Tel: (994 12) 5390167, (994 12) 5371897E-poçt:[email protected]