AZƏRBAYCAN                  RESPUBLİKASI
“Azərbaycan alİmlərİ dİasporu” İnformasİya sİstemİ
Çap et
Soyadı, Adı, Atasının adı Abbasov Rahib Yusif oğlu
Təvəllüdü 23.02.1939
Anadan olduğu yer Ermənistan SSR, Yerevan şəhəri
Bitirdiyi ali təhsil müəssisəsi N. Nərimanov adına Azərbaycan Tibb İnstitutu (indiki Azərbaycan Tibb Universiteti), Müalicə-diaqnostika fakültəsi (1962)
Yaşadığı ölkə Rusiya
Əsas iş yeri və ünvanı “Поэма Здоровья” ailə klinikasının klinik rəhbəri və Elmi-Tədqiqat Sənaye və Dəniz Təbabəti İnstitutunun peşə patologiyası mərkəzinin tibbi ekspert komissiyasının sədri
Elmi sahəsi Tibb elmləri
Əsas elmi nailiyyətləri

Tibb elmləri üzrə fəlsəfə doktoru, alim-terapevt;

Ekstremal və ailə tibbi sahəsində mütəxəssis;

İnsana müxtəlif növ fiziki və kimyəvi amillərin təsiri zamanı mədəaltı vəzin gizli fəaliyyətinin funksional vəziyyəti ilə bağlı araşdırmalar aparmışdır;

Dünyada ilk dəfə mədəaltı vəzin xarici sekretor fəaliyyətinin vəziyyətinin ekstremal təsirlərdən sonra uzun müddət orqanizmin ümumi reaksiyasının indikatoru olduğunu sübut edib.

Mükafatları

“Rusiya Federasiyasının Əməkdar Həkimi” fəxri adı (2002)

Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat

Sovet Ordusu hərbi hissələrində tibb məntəqəsi lazaretinin rəisi və raket qoşunları tədris mərkəzinin tibbi xidmət rəisi (1962);

Sankt-Peterburqda S.M. Kirov adına Hərbi Tibb Akademiyasının Hərbi-səhra terapiyası kafedrasında baş ordinator, baş elmi işçi, müəllim, baş müəllim vəzifələrində çalışmışdır (1969-1990);

Ftorlu və ftor-üzvi birləşmələrin, ionlaşdırıcı şüaların, impuls maqnit sahələrinin, mexaniki və istilik hadisələrinin insan orqanizminə təsirini öyrənib. Həmin tədqiqatların nəticələri SSRİ Müdafiə Nazirliyi və SSRİ Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş rəhbər sənədlərdə (“Kombinə edilmiş radiasiyadan zərər çəkmiş şəxslərin tibbi təxliyyəsi mərhələlərində diaqnostikası, tibbi çeşidlənməsi və müalicəsinə dair təlimat” (1980), “Klinika, diaqnostika, müalicə və profilaktika üzrə Metodik Tövsiyələr” (1981) və s.) tətbiq edilib;

Elmi-Tədqiqat Sənaye və Dəniz Təbabəti İnstitutunun peşə patologiyası və ümumi terapiya klinikasının rəhbəri (1990), eyni zamanda, institut direktorunun kliniki iş üzrə müavini (1994), “Medbioekstrem” Federal İdarəsinin Peşə Patologiyası Mərkəzinin baş həkimi təyin olunmuşdur (1999);

Radiasiya və kimyəvi qəzalar zamanı təcili tibbi yardım üzrə Şimal-Qərb Regional Mərkəzinin rəhbəri olmuşdur (1990-1994);

Atom buzqıran donanması dənizçilərinin çoxillik dispanser müşahidəsi təcrübəsini ümumiləşdirib və xroniki patologiyanın formalaşmasında məskunlaşma amillərinin rolunu aşkar edib. Çernobıl Atom Elektrik Stansiyasında (ÇAES) qəzaları ləğv edən insanlarda xromosom aberrasiyaları və bu insanların immunitet vəziyyəti arasında qarşılıqlı əlaqə və digər problemləri tədqiq edib;

Qastroenterelogiya, endokrinologiya, hematologiya, revmatologiya və terapiyanın bir çox sahələrinə həsr edilmiş 117 elmi işin müəllifidir;

Rusiyada çətin xəstələr üçün “Семейная медицина” (“Ailə təbabəti”) tibbi mərkəzi təşkil etmiş və on il həmin mərkəzə rəhbərlik etmişdir.

Əlaqə məlumatları

Tel.: +7 (812) 3088803

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017Tel: (994 12) 5390167, (994 12) 5371897E-poçt:secretary@iit.science.az