Soyadı, Adı, Atasının adı | Abdullayev Rizvan Yaqub oğlu |
Təvəllüdü | 30.03.1959 |
Anadan olduğu yer | Azərbaycan, Mərəzə (indiki Qobustan) rayonu, Sundu kəndi |
Bitirdiyi ali təhsil müəssisəsi | N. Nərimanov adına Azərbaycan Tibb İnstitutu (indiki Azərbaycan Tibb Universiteti) |
Yaşadığı ölkə | Ukrayna |
Əsas iş yeri və ünvanı | Xarkov Diplomdansonrakı Təhsil Tibb Akademiyasının (XDTTA) Ultrasəs diaqnostikası kafedrası |
Elmi sahəsi | Tibb elmləri |
Əsas elmi nailiyyətləri |
“Xırda ocaqlı miokard infarktı, qeyri-stabil stenokardiya və aralıq tac sindromu zamanı exokardioqrafiya” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1988); Dosent (2000); “Ürəyin işemik xəstəliyinin müxtəlif formaları zamanı ürək çatışmazlığının inkişafı və kəskinləşməsi mexanizmlərinin exokardioqrafik diaqnostikasının bəzi aspektləri” mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə edib (2003). |
Mükafatları | |
Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat |
Belqorodda sahə həkimi işləyib (1981-1985); Ukrayna Həkimləri Təkmilləşdirmə İnstitutunun (indiki Xarkov Diplomdansonrakı Təhsil Tibb Akademiyası) kliniki ordinaturasına daxil olub; Moskvada, dünyada ilk həkim-kosmonavt, professor O.Y. Atkovun rəhbərliyi ilə ultrasəs diaqnostikası metodunu öyrənib (1985-1986); 25 №-li Xarkov şəhər klinik xəstəxanasında həkim işləyib (1987-2000); Rəhbərliyi ilə MDB-də ilk dəfə ultrasəs diaqnostikası üzrə (ürək xəstəlikləri üzrə) atlas nəşr edilib; Rəhbərliyi altında Kaliforniya Universitetinin professorlarının (N.Şiller, E.Foster, R.Redberq) iştirakı ilə “Müasir exokardioqrafiya” kitabı nəşr edilib (1998); XDTTA-da Ukraynada ilk və yeganə Ultrasəs diaqnostikası kafedrasının müdiridir; Alimin rəhbərliyi ilə 13 fəlsəfə doktorluğu və 2 elmlər doktorluğu dissertasiyası müdafiə edilib. |
Əlaqə məlumatları |
Tel.: +380 (57) 7118021 |