Soyadı, Adı, Atasının adı | Adıgözəlzadə Həsən Əfrasiyab oğlu |
Təvəllüdü | 23.01.1946 |
Anadan olduğu yer | Azərbaycan, Bakı şəhəri |
Bitirdiyi ali təhsil müəssisəsi | Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Ü. Hacıbəyli adına Azərbaycan Milli Konservatoriyası) |
Yaşadığı ölkə | Türkiyə |
Əsas iş yeri və ünvanı | Bursa Uludağ Universiteti, Gözəl sənətlər fakültəsi, Görükle Kampusu, 16059 Nilüfer |
Elmi sahəsi | Sənətşünaslıq |
Əsas elmi nailiyyətləri |
Simfonik orkestr üçün simfoniya, 3 kantata, fortepiano triosu, xalq çalğı alətləri və band orkestrləri üçün əsərlər, uşaq xorları üçün mahnılar, dövlət dram teatrlarının oyunları üçün 20-dən çox musiqinin, o cümlədən Azərbaycan, türk, rus şairlərinin şeirlərinə bəstələnmiş bir neçə romansın müəllifidir |
Mükafatları | |
Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat |
Azərbaycan bəstəkarı; Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində musiqi redaktoru; Mədəniyyət Nazirliyinin Repertuar-Redaksiya Kollegiya üzvü olmuşdur; Beynəlxalq Muğam Mərkəzi və “Qopuz” Azərbaycan Xalq Sənətləri Mərkəzinin rəhbəri olmuşdur; Avropa və Asiyanın müxtəlif ölkələrində keçirilən konqres, simpozium və konfranslarda məruzəçi qismində iştirak etmişdir; Uludağ Universiteti, Təhsil fakültəsi, Musiqi təhsili bölməsində müəllim vəzifəsində çalışır (1991-ci ildən indiyədək); Bursa Böyükşəhər Bələdiyyəsi, musiqi məsləhətçisi olmuşdur (1996-1998); Ney və Simfonik Orkestr üçün ilk dəfə bəstələnən “İlahilər” kompozisiyası Beynəlxalq Bursa Festivalında səsləndirilmişdir (1998); Bursa Uludağ Universiteti, Gözəl sənətlər fakültəsinin tədris köməkçisi vəzifəsində çalışır; Xor, simfonik, kamera orkestrləri və müxtəlif qruplar üçün Anadolu türkləri və türk bəstəkarlarının əsərlərinin tərtibatını və orkestrasiyasını həyata keçirmişdir. |
Əlaqə məlumatları |