AZƏRBAYCAN                  RESPUBLİKASI
“Azərbaycan alİmlərİ dİasporu” İnformasİya sİstemİ
Çap et
Soyadı, Adı, Atasının adı Abbasova Zülfiyyə Bağır qızı
Təvəllüdü 11.06.1950
Anadan olduğu yer Ermənistan SSR, Yerevan şəhəri
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu (indiki Azərbaycan Dillər Universiteti)
Yaşadığı ölkə Rusiya
Əsas iş yeri və ünvanı Sankt-Peterburq Dövlət Kimya-Əczaçılıq Akademiyası
Elmi sahəsi Pedaqogika
Əsas elmi nailiyyətləri

Rus dilinin tədrisi metodikası üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1991);

Rus nitq mədəniyyəti və rus dili üzrə 26 dərsliyin, Rusiya və digər ölkələrdə keçirilən beynəlxalq konfransların nəticəsi kimi 50-dən çox nəşrin müəllifidir.

Mükafatları

Mədəniyyət və təhsil sahəsinin inkişafındakı xidmətlərinə görə, “Sankt-Peterburqun 300 illiyi” xatirə medalı (2003);

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin diplomu (2008).

Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat

Sankt-Peterburq Dövlət Universitetinin dosenti;

Sankt-Peterburq Dövlət Kimya-Əczaçılıq Akademiyasında Rus dili kafedrasının təşkilatçısı;

Dünya Azərbaycanlılarının I Qurultayının nümayəndəsi;

“Sankt-Peterburq şəhərində azərbaycanlıların milli-mədəni muxtariyyəti” təşkilatının üzvü;

Sankt-Peterburqda Azərbaycanın ilk “Bazar günü” məktəbini təşkil etmişdir. Bu məktəbdə şagirdlər Azərbaycan dili və ədəbiyyatını öyrənir, ölkə mədəniyyəti ilə tanış olurlar.

Əlaqə məlumatları

E-mail: zulfia.abbasova@pharminnotech.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017Tel: (994 12) 5390167, (994 12) 5371897E-poçt:secretary@iit.science.az