AZƏRBAYCAN                  RESPUBLİKASI
“Azərbaycan alİmlərİ dİasporu” İnformasİya sİstemİ
Çap et
Soyadı, Adı, Atasının adı Əfəndiyeva Mətanət Tələt qızı
Təvəllüdü 1960
Anadan olduğu yer Azərbaycan, Bakı şəhəri
Bitirdiyi ali təhsil müəssisəsi N. Nərimanov adına Azərbaycan Tibb İnstitutu (indiki Azərbaycan Tibb Universiteti), "Müalicə işi" ixtisası (1983)
Yaşadığı ölkə Rusiya
Əsas iş yeri və ünvanı Rusiya Bərpaedici Tibb və Kurortologiya Elmi Mərkəzi
Elmi sahəsi Tibb elmləri
Əsas elmi nailiyyətləri

Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Xəstələrin qida borusunda cərrahi müdaxilədən sonra bərpaedici müalicəsi” mövzusunda dissertasiya işini müdafiə edib;

Tibb üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün “Aşağı qida borusu sfinkterinin müxtəlif patologiya formalarında onun neyrohumoral tənzimlənməsinin qeyri-farmakoloji korreksiyası” mövzusunda dissertasiya işini müdafiə edib (2003);

160-dan çox elmi iş, metodiki tövsiyələr, həkimlər üçün vəsaitləri dərc olunub. İxtiralarına 7 patent qeydiyyatdan keçirib.

Mükafatları
Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat

Əmək fəaliyyətinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında təcili yardım həkimi kimi başlayıb;

Azərbaycan Səhiyyə Nazirliyinin Qastroenterologiya ETİ-də elmi işçi vəzifəsində çalışıb (1990-2000);

Rəhbərliyi altında və elmi məsləhəti ilə tibb elmləri doktoru elmi dərəcəsini almaq üçün 1 dissertasiya və tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 4 dissertasiya işi müdafiə edilib;

Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi nəzdindəki Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı verilib (2011);

Rusiya Bərpaedici Tibb və Kurortologiya Elmi Mərkəzində baş həkimin elmi-tədqiqat və klinik-sınaq işləri üzrə müavini vəzifəsində işləyir (2004-cü ildən).

Əlaqə məlumatları
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017Tel: (994 12) 5390167, (994 12) 5371897E-poçt:secretary@iit.science.az