Babək Rasim oğlu Nəbiyev 1985-ci ildə anadan olmuşdur.
2006-ci ildə Milli Aviasiya Akademiyasının "Hava nəqliyyatının uçuş-texniki istismarı" fakültəsini bitirmişdir. 
2008-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutuna işə qəbul edilmiş, kompüter şəbəkələrinin monitorinqi və informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə məşğul olmağa başlamışdır. 
2018-ci ildə “Şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

AMEA İnternet şəbəkəsində “Monitorinq və Təhlükəsizlik Sisteminin” yaradılması və inkişafı, "AzScienceNet" elm korporativ şəbəkəsinin infrastrukturunun yaradılması və AMEA İnternet şəbəkəsində (AzScienceCERT) informasiya təhlükəsizliyi insidentlərinə cavabvermə qrupunun yaradılması işlərində yaxından iştirak edir. 

7 elmi əsərin müəllifidir.
İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir. 
Hazırda "AzScienceNet" Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışır. 

Elmi əsərləri haqqında məlumat.

 

 Xidməti tel.:    (+994 12) 510 15 42

 Mobil tel.:       (+994 55) 640 40 46

 Elektron poçt: babek@iit.science.az