Təhmasib Xanəhməd oğlu Fətəliyev 1948-ci ildə anadan olmuşdur.

1970-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası" fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1970-1971-ci illərdə təyinatla Zaqafqaziya Layihə-Montaj İşləri İdarəsində Elektron Hesablama Maşınlarının quraşdırılması və sazlanması işləri ilə əmək fəaliyyətinə başlamışdır.

1971-ci ildən etibarən Milli Elmlər Akademiyasının Fizika, Kibernetika İnstitutlarında, Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyində və Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsində (bazasında 1997-ci ildə İnformasiya-Kommunikasiya Elmi Mərkəzi, 2002-ci ildə isə İnformasiya Texnologiyaları İnstitutu yaradılmışdır)  elmi fəaliyyətlə məşğul olmuşdur.

Onun tərəfindən ixtisaslaşdırılmış hesablama qurğularının, lokal, korporativ şəbəkə və informasiya sistemlərinin, verilənlər bazalarının layihələndirilməsi, informasiyanın emalı və böyük informasiya resurslarının saxlanılması məsələləri tədqiq olunmuş, müxtəlif təyinatlı korporativ informasiya sistemləri işlənmişdir.

Hazırda elektron elm və onun yeni istiqaməti kimi formalaşan vətəndaş elminin elmi-nəzəri problemlərinin tədqiqi və praktiki reallaşdırılması, elmin informasiya təminatının formalaşdırılması, elmin idarə olunması və elmi fəaliyyətin qiymətləndirilməsi istiqamətlərində araşdırmalar aparır.

100-dən çox elmi əsərin, o cümlədən 6 kitabın müəllifidir.

O, kütləvi informasiya vasitələrində İKT və İC-nin aktual problemləri üzrə məqalələrlə çıxış edir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Veteranlar Şurasının sədri və Həmkarlar Komitəsi bürosunun üzvüdür.

2005-ci ildə elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA-nın 60 illiyi ilə əlaqədar olaraq "AMEA-nın Fəxri Fərmanı" ilə təltif olunmuşdur.

2011-ci ildə Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

2018-ci ildə institutun Fəxri Fərmanı ilə təltif olunub.

 

 
 
Xidməti tel.: (+994 12) 539 72 17
Mobil tel.:    (+994 50) 348 47 46
Elektron poçt: tfataliyev@gmail.com