Telefon:

(+994 12) 510 42 53

Elektron poçt:

depart_2@iit.science.az

Struktur bölmənin rəhbəri

Akademik, texnika elmləri doktoru, professor Rasim Məhəmməd oğlu Əliquliyev

Əsas tədqiqat istiqamətləri

  • İnformasiya təhlükəsizliyi problemləri;
  • Sosial şəbəkələrin analizi və təhlükəsizliyi problemləri;
  • Zərərli proqram təminatının aşkarlanması problemləri;
  • Industry 4.0 platformasında kiberfiziki sistemlərin analizi və sintezi problemləri;
  • Bulud sistemlərinin analizi və sintezi problemləri;
  • Kiberfiziki sistemlərin kompleks təhlükəsizliyi problemləri;
  • Süni intellektə əsaslanan texnologiyaların təhlükəsizliyi problemləri;
  • Rəqəmsal əkizlər texnologiyalarının təhlükəsizliyi problemləri;
  • Kiberdayanıqlıq problemləri;
  • Süni imun sistemlərinin problemləri;
  • Proses analitikası (Process Mining) problemləri.

 

Əsas elmi nəticələri

  • İnformasiya təhlükəsizliyini təmin edən adaptiv sistemlərin elmi-metodoloji əsasları, dəyişən strukturlu xüsusi virtual şəbəkələrin (XVŞ) qurulmasının nəzəri əsasları, XVŞ-də istifadəçilərin paylanmış autentifikasiya sistemlərinin sintez metodları işlənmişdir;
  • Korporativ şəbəkələrdə müxtəlif təbiətli təhlükələrə qarşı mübarizədə qərarların qəbul edilməsinin riyazi modelləri təklif olunmuşdur;
  • Kompüter şəbəkələrində müdaxilələrin adaptiv aşkarlanması sistemlərinin yaradılmasının yeni arxitektur əsasları təklif olunmuşdur;
  • Elliptik əyrilərdə asimmetrik kriptoqrafik sistemlərin sintezi üçün metodlar və alqoritmlər işlənmişdir;
  • Qarşılıqlı əlaqəli korporativ informasiya fəzalarında ekranlaşdırma modelləri işlənmişdir;
  • Korporativ şəbəkələrin layihələndirilməsi mərhələsində informasiya təhlükəsizliyinin qiymətləndirilməsi üçün metodlar və alqoritmlər işlənmişdir;
  • Milli informasiya infrastrukturunun əhali və miqrasiya seqmentində toplanan fərdi məlumatlar arasında münasibətlərin sosial şəbəkələrlə modelləşdirilməsi üsulları təklif edilmişdir;
  • İnformasiya sahəsində milli maraqlara strateji risklərin konsensus ranqlaşdırılması metodu işlənmiş, qarşılıqlı asılı kritik informasiya infrastrukturlarında risklərin qiymətləndirilməsi metodu və milli İnternet infrastrukturunun dayanıqlığının qiymətləndirilməsi modelləri təklif edilmişdir;
  • Biometrik şablonların mühafizəsi və saxta biometrik nümunələrin aşkarlanması metodları, biometrik verilənlərdən  kriptoqrafik açarların generasiyası metodları və multi-biometrik sistemlərdə informasiyanın optimal aqreqasiyası modelləri işlənmişdir;
  • E-dövlətin informasiya təhlükəsizliyinin  strateji idarə edilməsi üçün qeyri-səlis koqnitiv model, kibermüdafiə taktikasının seçilməsi üçün hiperoyun modeli və operativ idarəetmə üçün situativ idarəetmə modeli təklif edilmişdir;
  • Kompüter şəbəkələrinin intellektual monitorinqi sisteminin sintezi üçün metod və modellər təklif edilmişdir;
  • Bulud xidməti provayderlərinə istifadəçi inamının qiymətləndirilməsi və bulud infrastrukturuna yönələn hücumların aşkarlanması üçün metodlar və alqoritmlər işlənmişdir;
  • Şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi sistemi üçün şəbəkə trafikinin klassifikasiyası və klasterizasiyası metodları təklif edilmişdir;
  • Şəxsin səsə görə tanınması sistemlərinin sintezi üçün robast əlamətlərin çıxarılması və klassifikasiya məlumatlarının optimal aqreqasiyası metodları təklif edilmişdir;
  • Kiber-fiziki sistemlərdə kiberhücumların modelləşdirilməsi və nəticələrinin qiymətləndirilməsi üçün hücum ağacı modeli təklif edilmişdir;
  • Böyük həcmli verilənlərin real zamanda paralel emalı üçün klasterləşdirilmə alqoritm təklif edilmişdir;
  • Audio verilənlərin spektral analizi əsasında dronların aşkarlanması üçün metod təklif edilmişdir;
  • Bitkilərin yarpaqlarının xəstəliklərinin erkən diaqnostikası üçün dərin təlim alqoritmi işlənmişdir;
  • Loq faylların analizi əsasında istifadəçilərin İnternet asılılığının müəyyən edilməsi üçün maşın təlimi yanaşması təklif edilmişdir;
  • Bulud mühitində hədəfyönümlü hücumların (Advanced Persistent Threats, APT) aşkarlanması üçün avtoenkoder və softmax reqressiya alqoritmləri əsasında klassifikasiya metodu təklif edilmişdir;
  • Kompüter şəbəkələrinin proaktiv monitorinqi üçün bircins LSTM (Long Short-Term Memory) ansamblı əsasında metod təklif edilmişdir;
  • Tətbiqi səviyyədə DDoS hücumların aşkarlanması üçün CNN (Convolutional Neural Network) modeli əsasında avtomatik diaqnostika sistemi təklif edilmişdir;
  • N-gram+TFIDF (TF  term frequency, IDF  inverse document frequency) sxemindən istifadə etməklə İnternet trafikində vulqarizmlərin aşkarlanması üçün maşın təliminə əsaslanan metod təklif edilmişdir;
  • Pilotsuz uçuş aparatlarına GPS spoofing hücumlarının aşkarlanması üçün CNN modelinə əsaslanan metod təklif edilmişdir;
  • Akustik siqnallardan alınmış spektroqram və skaloqramların istifadəsi ilə kiberfiziki sistemlərdə anomaliyaların aşkarlanması üçün transfer təlimi arxitekturu əsasında metod təklif edilmişdir;
  • Kiberfiziki sistemlərə hücumların aşkarlanması üçün dərin təlimin model təklif edilmişdir;
  • Bulud hesablamalarının servis modellərinə olan kiberhücumların aşkarlanması üçün maşın təlimi üsulu işlənilmişdir;
  • LSTM və CNN modellərinə əsasən, qısa müddətli Furye və veyvlet çevrilmələrindən istifadə edərək, neft avadanlıqlarında nasazlıqların aşkarlanması üçün hibrid dərin təlim modeli təklif edilmişdir.