Telefon:

 (994 12) 510 43 99

Elektron poşt:

depart_5@iit.science.az 

Struktur bölmənin rəhbəri

 AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Məhəmməd oğlu Alıquliyev

Əsas fəaliyyət istiqamətləri

  • E-elm;
  • Vətəndaş elmi;
  • Elmmetriya;
  • Kiber-fiziki sistemlər və e-elm;
  • Big Data texnologiyaları və e-elm;
  • Elm 4.0-ın elmi-nəzəri və praktiki problemləri.

 

Əsas elmi nəticələri

  • E-elmin müasir elmi-nəzəri və praktiki məsələləri tədqiq olunmuşdur;
  • Respublikada e-elmin formalaşdırılmasının konseptual modeli işlənmişdir;
  • E-elmin informasiya təminatının formalaşdırılması məsələləri işlənmişdir;
  • Azərbaycan Elmi İstinad İndeksinin yaradılmasının konseptual məsələləri işlənmişdir;
  • Elmi tədqiqatçı, jurnal və təşkilatların fəaliyyətinin qiymətləndirilməsi üçün indeks və metodlar təklif edilmişdir;
  • Vətəndaş elminin formalaşması və inkişafında e-elmin rolu təhlil olunmuşdur;
  • Vətəndaş elminin müxtəlif elm sahələrinin inkişafına təsiri məsələləri araşdırılmışdır;
  • E-elm mühitinə kiber-fiziki sistemlərin inteqrasiyası məsələləri tədqiq olunmuş və effektiv həlləri təklif olunmuşdur;
  • E-elm mühitində böyük həcmli məlumatlar problemi tədqiq olunmuş və perspektiv texnoloji həllər təklif olunmuşdur;
  • Kiber-fiziki sistemlərin tətbiqinin aktual məsələləri və həlli yolları tədqiq olunmuşdur.