Telefon:

 (+994 12) 539 95 62

Elektron poçt:

depart_1@iit.science.az

Struktur bölmənin rəhbəri:

 Texnika üzrə fəlsəfə doktoru Fərhad Firudin oğlu Yusifov

Əsas fəaliyyət istiqamətləri:

  • İnformasiya cəmiyyətinin elmi-nəzəri problemləri;
  • IV sənaye inqilabının elmi-nəzəri problemləri;
  • Rəqəmsal transformasiya və e-dövlət problemləri;
  • İnformasiya müharibəsi problemləri.

 

Əsas elmi nəticələri:

  • E-dövlət xidmətlərinin intellektuallaşdırılması üçün bir sıra metodlar işlənilmişdir;
  • E-dövlətin formalaşdırılması və səmərəli idarə olunmasının əsas prinsipləri tədqiq edilmiş və müqayisəli təhlillər aparılmışdır;
  • Milli e-demoqrafiya sisteminin arxitektur-texnoloji prinsipləri işlənilmiş və konseptual modeli təklif olunmuşdur;
  • E-dövlətin idarə edilməsində əks-əlaqə mexanizmi kimi GİS texnologiyalar və informasiya fəzasının content analizi metodları təklif olunmuşdur;
  • Loq-faylların analizi əsasında İnternetdə istifadənin analizi üçün metod və alqoritmlər işlənmişdir;
  • Spamlarla mübarizə metodları işlənilmişdir;
  • İnternetin hüquqi tənzimlənməsi problemləri araşdırılmış, müvafiq təkliflər işlənilmişdir;
  • Viki-mühitdə informasiya müharibəsi texnologiyaları analizi üçün metod və alqoritmlər işlənilmişdir;
  • Viki-mühitdə gizli sosial şəbəkələrin aşkarlanması üçün metod və alqoritm işlənilmişdir;
  • İnformasiya qarşıdurmasında multimedia resurslarının effektiv tətbiqi üçün metod və alqoritm işlənilmişdir;
  • Viki-mühitdə toplanmış kontentin informasiya təsirində yararlılığının təyini üçün metod və alqoritm işlənilmişdir;
  • İnternet-asılılıq problemləri araşdırılmış, onunla mübarizə üçün metodlar işlənilmişdir;
  • Əşyaların İnterneti konsepsiyasının perspektivləri və problemləri araşdırılmış, müvafiq təkliflər işlənilmişdir;
  • İnformasiya cəmiyyətində bazar iqtisadiyyatının transformasiyası məsələləri analiz edilmiş, müəyyən nəticələr alınmışdır;
  • İnternet mühitində intellektual mülkiyyət hüquqlarının qorunması problemlərinin həlli üçün təkliflər işlənilmişdir;
  • İnternet-medianın formalaşması məsələləri araşdırılmış, müvafiq təkliflər işlənilmişdir;
  • İnternetin fəlsəfi, sosial, psixoloji, siyasi, iqtisadi, mədəni və etik aspektləri analiz edilmiş, müəyyən nəticələr alınmışdır;
  • Azərbaycanda ilk dəfə olaraq “İnformasiya cəmiyyətinin əsasları” kursu formalaşdırılmış və 2008-2012-ci illərdə pilot layihəsi kimi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinə tədris edilmişdir.