Telefon: (+994 12) 539 77 41, (+994 12) 510 07 59
Elektron poçt:: training_center@iit.science.az 
Struktur bölmənin rəhbəri: Texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Şərif qızı Mahmudova
Əsas elmi istiqamətləri:
  • İnformasiya mədəniyyətinin formalaşması və qiymətləndirilməsi problemləri;
  • Elektron vətəndaşlıq səviyyəsinin qiymətləndirilməsi problemləri;
  • Jestlərin tanınması problemləri;
  • İnklüziv təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məsələləri;
  • İnformatika fənninin tədrisində intellektual oyunlardan istifadə məsələləri.

 

 

Əsas elmi nəticələri:
  • Fərdlərin informasiya mədəniyyətinin formalaşdırılmasının elmi-nəzəri problemləri müəyyən olunmuşdur;
  • Fərdlərin informasiya mədəniyyətinin xüsusiyyətləri analiz olunmuş və yeni konsepsiyası işlənilmişdir;
  • İnformasiya mədəniyyətinin qiymətləndirilməsi üçün iyerarxik kriteriyalar sistemi işlənmişdir;
  • Fərdlərin informasiya mədəniyyətinin çoxkriteriyalı qiymətləndirilməsi üçün qeyri-səlis VIKOR metodunun effektiv variantı təklif edilmişdir;
  • Fərdlərin informasiya mədəniyyətinin çoxkriteriyalı qiymətləndirilməsi üçün qeyri-səlis TOPSIS metodunun, çəkili variantı təklif edilmişdir;
  • Eşitmə və nitq əngəlli insanların kommunikasiyasının avtomatlaşdırılması məsələləri analız olunmuş, milli daktil əlifbanın elementlərinin kodlaşdırılması sistemi işlənmişdir;
  • Respublikamızda milli daktil əlifbanı və jestləri tanıyan milli elektron bazanın yaradılması üçün təklif və tövsiyələr işlənmişdir;
  • Ümumtəhsil məktəblərində informatika fənninin tədrisinin keyfiyyətinin intellektual oyunlar vasitəsi ilə  yüksəldilməsi üçün  metodika  işlənmişdir; 
  • Təklif edilmiş metodika əsasında şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün iyearxik kriteriyalar sistemi işlənmişdir;
  • Təklif olunmuş metodikanın səmərəliliyinin və tətbiqi imkanlarının yoxlanılması üçün pedaqoji eksperimentlər aparılmış və nəticələr təhlil edilmişdir.

 

 

Digər fəaliyyət istiqamətləri
  • İnformasiya texnologiyaları sahəsində bilik və bacarıqların yüksəldilməsi məqsədinə xidmət edən müxtəlif innovativ layihələr hazırlanır və həyata keçirilir;
  • Müxtəlif kompüter proqramları (proqramlaşdırma dilləri, veb-proqramlaşdırma, dizayn proqramları, riyazi proqram paketləri, müəllimlər üçün kurslar, MS Office proqramları və s.) üzrə fərdi və qrup şəklində kurslar təşkil olunur;
  • İnstitutun magistraturasında təhsil alan tələbələrə ümumi və seçmə fənnlərin tədrisi və imtahanların təşkili işləri həyata keçirilir;
  • Müraciət əsasında vətəndaşların müxtəlif kompüter proqramları üzrə bilik səviyyəsi yoxlanılır və sertifikatlaşdırılır;
  • AMEA-nın institut və təşkilatlarında doktorant və dissertantların ixtisas fənnindən doktorluq imtahanlarının elektron test üsulu ilə keçirilməsinə dəstək göstərilir.