Əlövsət Qaraca oğlu Əliyev 1956-cı ildə anadan olmuşdur. 
• 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsini bitirərək təyinatla Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunda işə qəbul olunmuşdur. 1982-1987-ci illərdə AEA Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində proqramçı, mühəndis, aparıcı mühəndis, 1988-ci ildən qrup rəhbəri, 1989-cu ildən sektor müdiri, 1990-cı ildən laboratoriya müdiri vəzifələrində işləmişdir. 

• 1982-ci ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun aspiranturasına daxil olmuş və 1986-cı ildə dissertasiya müdafiə etmişdir. O, 08.00.13 – “İqtisadi tədqiqatlarda, planlaşdırma və idarəetmə proseslərində riyazi üsulların və hesablama texnikasının tətbiqi” ixtisası üzrə iqtisad elmləri namizədi (iqtisad üzrə fəlsəfə doktoru) və 2003-cü ildən 05.13.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dosentdir. 

• 1977-1990-cı illər ərzində “RAİS-Azərbaycan” sisteminin layihələndirilməsi və yaradılması ilə bağlı, eləcə də həmin sistemin müvafiq sahə alt sistemlərinin işlənilməsi sahəsində bir sıra mühüm işlərin məsul icraçısı və rəhbəri olmuşdur. 

• 1991-2000-ci illərdə müxtəlif təyinatlı-idarəetmə, iqtisadiyyat, ekoloji, tibbi informasiya sistemlərinin yaradılması, informasiya-kommunikasiya texnologiyaları sahəsinin iqtisadi-riyazi problemləri, makroiqtisadi proseslərin formalaşması və tənzimlənməsi, həmçinin bir sıra sosial və təhsil sahələrində yeni informasiya texnologiyalarının tətbiqinin səmərəliliyinin yüksəldilməsi, informasiya-kommmunikasiya texnologiyaları bazarının vəziyyətinin təhlili və onun inkişaf perspektivinin müəyyənləşdirilməsi və s. kimi məsələlərlə məşğul olmuş və elmi-tədqiqat işi aparmışdır. 

• 2000-ci ildən sonrakı müddət ərzində İnformasiya Cəmiyyətinin iqtisadiyyatının formalaşması problemləri, informasiya (rəqəmsal) iqtisadiyyatının (İİ) makro, mikro, regional, sahə səviyyəsində xüsusiyyətləri, İİ-nın mövcud vəziyyətinin qiymətləndirilməsi, iqtisadi proseslərdə və idarəetmə orqanlarında informasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqi xüsusiyyətləri, sosial-iqtisadi sistemlərdə informasiyalaşma problemləri, informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsasları, İKT sahəsinin göstəricilər sisteminin müəyyənləşdirilməsi, cəmiyyətdə rəqəmsal fərqliliyi yaradan səbəblərin araşdırılması, innovasiya və biliklər iqtisadiyyatının əsaslarının öyrənilməsi, ictimai və humanitar sahələrin informasiyalaşma problemləri, İKT-nin hüquqi və humanitar aspektləri, İKT-yönümlü milli innovasiya sisteminin formalaşdırılması və inkişafı problemləri, texnoparkların, innovasiya zonalarının yaradılması, idarə olunması modelləri elmi tədqiqat işlərinin kommersiyalaşdırılması, iqtisadiyyatın yaşıllaşdırılması, İKT əsasında inklüzivlik və təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, dayanıqlı və davamlı iqtisadi inkişaf problemləri və s. kimi məsələlərlə məşğul olur, elmi-tədqiqat işləri aparır. “E-Azərbaycan” Dövlət Proqramının işlənilməsində, informasiya cəmiyyəti (İC), İnformasiya iqtisadiyyatı və İKT üzrə göstəricilər və kriteriyalar sisteminin işlənməsində və bir sıra normativ-hüquqi sənədlərin hazırlanmasında fəal iştirak etmişdir. 

• 1987-1994-cü illərdə ADNA-da baş müəllim və dosent, 1993-1996-cı illərdə Azərbaycan Ictimai-Siyasi Universitetində dosent, 1996-2011-ci illərdə "Ekonomiks" təhsil mərkəzində rəhbər və dosent, 2007-2008-ci illərdə BDU-da dosent, 2003-2008-ci illərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində humanitar bölmənin kuratoru, sonrakı illərdə isə dosent kimi fəaliyyət göstərmişdir. Bunlarla yanaşı o, İnformasiya cəmiyyətinin, informasiya və biliklər iqtisadiyyatının formalaşması problemlərinin nəzəri və praktiki tədqiqi ilə, eləcə də İnformasiya cəmiyyəti şəraitində elektron-kommersiya, yaşıl, inklüziv, kibertəhlükəsiz texnologiyalarının tətbiqi vəziyyətinin təhlili və onun inkişafı üçün müvafiq infrastrukturun formalaşması, Azərbaycanda MİS-in formalaşması, texnoparkların yaradılmasının və fəaliyyətinin təşkili modelləri və mexanizmlərinin işlənilməsi ilə, "Sosial-iqtisadi sahələrdə informasiya kommunikasiya-texnologiyalarının tətbiqi" ixtisasları üzrə tədrisin həyata keçirilməsi məsələləri ilə məşğul olmuşdur. 

• 2006-2017-ci illərdə AMEF-in, İİN-nin, RİTN-nin, Təhsil Nazirliyinin bir sıra layihələrində iştirak etmişdir. ARDNŞ, eləcə də respublikanın bəzi sosial-iqtisadi müəssisələri ilə, həmçinin İran, Koreya, Yaponiya, ABŞ, Türkiyə, Rusiya, Belorus, Qazaxıstan, Özbəkistan Moldaviya və Gürcüstanın bəzi elm-təhsil müəssisələri ilə AMEA İTİ-nin İKT-nin tətbiqinə dair birgə əməkdaşlıq çərçivəsində elmi dəstək verilməsi istiqamətində müvafiq əlaqələndirici işləri yerinə yetirir. 

• 2022-ci ilin noyabrında 5306.01 – “Texnoloji innovasiyalar iqtisadiyyatı”  ixtisası üzrə iqtisad elmləri doktoru elmi  dərəcəsi   almaq  üçün “İnformasiya  iqtisadiyyatı  sektorlarının  formalaşması problemlərinin tədqiqi və innovativ perspektivlərinin  qiymətləndirilməsi ” mövzusunda dissertasiya müdafiə etmişdir.

• Onun rəhbərliyi ilə iki nəfər 05.13.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertasiya müdafiə etmişdir. Hazırda da bir neçə magistr, doktorant və dissertant müvafiq sahədə aktual dissertasiya mövzuları üzərində işləyirlər. 

• Azərbaycanda İnformasiya  Cəmiyyətinin və İnformasiya iqtisadiyyatının formalaşmasına və ölkədə vətəndaş cəmiyyətinin inkişafına köməklik göstərir, müvafiq QHT-yə və onun nəzdindəki tədris mərkəzinə rəhbərlik edir və bir sıra ictimai layihələrin yerinə yetirilməsində iştirak edir. 

• Elmi əsərlərinin ümumi sayı 270, o cümlədən elmi jurnallarda dərc olunmuş məqalələrin sayı 90-dir (xaricdə dərc olunmuş jurnal məqalələri-40;  respublikada dərc olunmuş jurnal məqalələri-50), konfrans materiallarının sayı 170-dan çoxdur. (beynəlxalq səviyyəli konfrans materialları-100:  xaricdə-35; respublikada-67), respublika səviyyəli konfrans materialları 70-dir, elmi-kütləvi jurnal və qəzet materiallarının sayı 25-dir. 5 kitabın müəllifidir.

• İC və İKT üzrə əksər beynəzxalq və respublika konfranslarında iştirak etmiş və elmi məruzə ilə çıxış etmişdir. 

• Elmi-kütləvi jurnallarda və qəzetlərdə nəşr olunmuş İKT, İC-nin və İnformasiya (rəqəmsal) iqtisadiyyatının aktual problemlərinə həsr olunan məqalənin müəllifidir. 

2002-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri vəzifəsində çalışır və institutun Tədris-İnnovasiya Mərkəzində magistrlərə, doktorant və dissertantlara İKT, İC-nin və İnformasiya (rəqəmsal) və innovasiya iqtisadiyyatının aktual problemləri üzrə mühazirələr oxuyur.  

Uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə  AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin və AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub. 

• "Web of Sciences" (WOS), "Scopus" və digər beynəlxalq bazalarda indeksləşdirilmiş 30-dan çox elmi nəşrləri vardır.

 

Elmi əsərləri haqqında məlumat

 

Xidməti tel.: (+994 12) 539 72 26

Mobil tel.:    (+994 50) 322 10 06

Elektron poçt: alovsat_qaraca@mail.rualovsat.qaraca@gmail.ru