Nərmin Ağəli qızı Adıgözəlova 1988-ci ildə anadan olmuşdur.

Azərbaycan Dövlət Pedaqoji Universitetində 2005-2009-cu illərdə “Riyaziyyat-informatika” ixtisası üzrə bakalavr, 2011-2013-cü illərdə magistr təhsili almışdır.  

2009-cu ildən 2021-ci ilə kimi AMEA İnformasiya Texnologiyaları İnstitutunda laborant, proqramçı, böyük elmi işçi vəzifələrində işləmişdir.

2015-2021-ci illərdə institutun Gənc alim və mütəxəssislər şurasının sədri vəzifəsində çalışmışdır.

 “Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi” mövzusunda dissertasiya işi üzərində çalışır. O cümlədən mövcud beynəlxalq elmi bazalar və müasir qiymətləndirmə sistemləri (indeksləri), elmi məlumatların statistik və intellektual analizi istiqamətində araşdırmalar aparır. Həmçinin mövcud qiymətləndirmə indekslərinin çatışmayan cəhətləri, bu çatışmazlıqların aradan qaldırılması üçün yeni indekslər təklif edilməsi  istiqamətində işlər aparır. Eyni zamanda, elmi jurnalların, tədqiqatçıların və təşkilatların fəaliyyətinin çoxmeyarlı qiymətləndirilməsi indekslərinin vəziyyətinin analizi və modifikasiya edilmiş indekslərin təklifi ilə məşğuldur.

8 elmi əsərin, o cümlədən beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda çap olunmuş 4 məqalənin müəllifidir. Beynəlxalq və respublika səviyyəli müxtəlif konfranlarda çıxış etmişdir.

İnstitutda təhsil alan magistrantların hazırlanmasında, gənclərin еlmi-ictimai fəaliyyətinin dəstəklənməsində, onların müxtəlif elmi-innovativ təşəbbüslərinin stimullаşdırılmаsında, Azərbaycan elminin dünya elminə inteqrasiyası prosesində gənclərə metodiki və informasiya dəstəyinin verilməsində, ümumilikdə, yetişməkdə olan gənc nəslin elmi klassifikasiyasının artırılmasında yaxından iştirak edir.

1 oktyabr 2021-ci il tarixində institutun Elmi katibi vəzifəsinə təyin edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Xidməti tel.:  (+994 12) 510 27 60

Mobil tel.:     (+994 55) 563 20 96

Elektron poçt:  narmin66@gmail.com