Fərqanə Cabbar qızı Abdullayeva 1978-ci ildə anadan olmuşdur.

1996-cı ildə Sumqayıt Dövlət Universitetinin “Avtomatlaşdırılmış layihələndirmə sistemləri və proqramlaşdırma” ixtisası üzrə “Kompüter texnikası və texnologiyaları” fakültəsinə daxil olmuş və 2000-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2002-ci ildə həmin fakültənin “Avtomatlaşdırılmış Layihələndirmə Sistemləri və proqramlaşdırma” ixtisası üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir.

2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda proqramçı vəzifəsində işə qəbul olunmuşdur və informasiya sitemlərinin kibertəhlükəsizliyinin təmin edilməsi məsələləri ilə məşğul olmağa başlamışdır.

2010-cu ildə ““Əhali və miqrasiya” informasiya sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsi metod və alqoritmlərinin işlənməsi" mövzusu üzrə dissertasiya işini müdafiə etmiş, 3338.01 - Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru adını almışdır.

2014-2018-ci illərdə institutun tədris mərkəzində müəllim vəzifəsində işləmişdir.

Hazırda bulud texnologiyalarının kiber-təhlükəsizliyinin təmin edilməsi, sosial şəbəkələr, kiber-fiziki sistemlərin təhlükəsizliyi, verilənlərin intellektual analizi, smart şəhərlər üçün təhlükəsizlik mexanizmlərinin işlənməsi, pilotsuz üçüş aparatlarının aşkarlanması və onların kibertəhlükəsizliyi, informasiya axtarışı sistemlərinin effektifliyinin artırılması, sənaye idarəetmə sistemləri sahələrində tədqiqatlar aparır.

98 jurnal və 15 konfrans məqaləsinin və 1 kitabın müəllifidir. 93 əsəri xaricdə (ABŞ, Niderland, Çin, Rusiya, Ukrayna, Belarus, Latviya və s. ölkələrdə) çap edilmişdir.

21 əsəri Web of Science (Clarivate Analytics) və 17 əsəri Scopus (Elsevier) bazasında indeksləşən jurnallarda və konfrans materiallarında çap edilmişdir.

“Sosial şəbəkələr” kitabının həmmüəllifidir. 

Beynəlxalq və respublika səviyyəli konfransların proqram və təşkilat komitəsinin üzvü olmuşdur.

2021-ci ildə NATO-nun dəstəyi ilə keçirilən “Sənaye İdarəetmə Sistemlərinin kibertəhlükəsizliyi” adlı beynəlxalq konfransın “Pilotsuz Uçuş Aparatlarının kibertəhlükəsizliyi” bölməsinin sədri olmuşdur. 

Hazırda 3 doktorant və dissertantın elmi rəhbəridir.

İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir.

2013-cü ildə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi əsas qrant müsabiqəsinin (EİF-2013-9(15)) qalibi olub.

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülüb.

2015-ci ildən aparıcı elmi işçi vəzifəsində işləyir.

  

Elmi əsərləri haqqında məlumat

  

Xidməti tel.: (+994 12) 510 42 53

Elektron poçt: afarqana@mail.ru, abdullaevafargana@gmail.com, farqana@iit.science.azabdullayeva.f.j@gmail.com