İradə Yavər qızı Ələkbərova, texnika elmləri üzrə fəlsəfə doktoru.

1962-ci ildə anadan olmuşdur.

1984-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Dövlət Neft və Sənaye Universiteti) “İstehsal proseslərinin avtomatlaşdırılması” fakültəsini bitirmişdir və təyinatla Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul olunmuşdur.

2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə “Viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi üçün metod və alqoritmlərin analizi” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Texnika elmləri üzrə fəlsəfə doktorudur.

  Elmi-praktiki  fəaliyyəti:

  1. Müxtəlif təyinatlı sistemlərin: “Auditorlar Palatası” verilənlər bazası idarəetmə sisteminin (VBİS), “Kadrlar” korporativ informasiya sisteminin və müxtəlif informasiya sistemlərinin yaradılmasında iştirak etmişdir.
  2. Korporativ şəbəkə mühitində paylanmış böyük informasiya resurslarına əsaslanan operativ analitik emal sistemlərində (OLAP – On-Line Analytical Processing) mürəkkəb sorğuların yerinə yetirilməsi üçün yeni yanaşmalar təklif etmişdir.
  3. İnternet mühitində biliklərin idarə və əldə olunmasının (Data Mining) metod və alqoritmlərini tədqiq etmişdir.
  4. AMEA-nın www.science.az portalının yaradılmasında iştirak etmişdir.
  5. İnternet məkanında xalqların milli-mənəvi dəyərlərinin qorunması ilə bağlı problemlərin analizi ilə məşğul olmuşdur.
  6. Wikipedia layihələrində informasiya müharibəsinin əsas komponentlərindən olan konfliktli viki-səhifələrin aşkarlanması üçün metod işləmişdir: konfliktli viki-səhifələrin məzmuna görə klasterləşdirilməsi üçün hibrid çəkili qeyri-səlis c-means alqoritmi işləmişdir.
  7. Wikipedia layihələrində informasiya müharibəsi texnologiyalarını reallaşdıran gizli sosial şəbəkənin aşkarlanması məqsədilə onların sintezi və analizi üçün metod və alqoritm işləmişdir.
  8. İnternet məkanında multimedia fayllarının təsir gücünün artırılması məqsədi ilə onların düzgün strukturlaşdırılması və kontentə uyğun yerləşdirilməsi üçün məhdudiyyətli klasterləşmə metodu işləmişdir.
  9. İnternet məkanında multimedia resurslarından səmərəli istifadə üçün “sürü” intellektinə əsaslanan adaptiv parametrli optimallaşma alqoritmi işləmişdir.
  10. Wikipedia layihələrində konfliktli viki-səhifələrin və gizli sosial şəbəkələrin aşkarlanması üçün analitik sistem işləmişdir.

Hal hazırda elektron dövlətin formalaşmasinda sosial kapitalin rolunun analizi, elektron dövlət mühitində vətəndaşların sosial krediti sisteminin yaradılmasının konseptual əsaslarının işlənməsi, sosil kreditin fərdi məlumatlar əsasinda qiymətləndirilməsi, sosial münasibətlərin analizi ilə bağlı tədqiqatlarda iştirak edir.

İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir: doktorant və dissertantlara informasiya təhlükəsizliyi, informasiya cəmiyyəti və Wikipedia problemləri və perspektivləri mövzusunda mühazirələr deyir.

60-a yaxın elmi əsərin müəllifidir. Onlardan 30-u nüfuzlu elmi jurnallarda nəşr olunmuşdur.

Hazırda şöbənin baş mütəxəssisi vəzifəsində çalışır.  

 

Elmi əsərləri haqqında məlumat.

 

Xidməti tel.: (+994 12) 539 95 62

Mobil tel.:     (+994 50425 91 88

Elektron poçt: airada.09@gmail.comirada@iit.science.az