Kəmalə Kamil qızı Haşımova 1963-cü ildə anadan olmuşdur.
1989–cu ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Elektron hesablama maşınları" fakültəsini bitirmişdir.
1985-ci ildən Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində texnik vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1989–cu ildən mühəndis, elmi işçi vəzifələrində çalışmışdır. AMEA-nın www.science.az portalının yaradılmasında iştirak etmişdir.
“Multimedia Qaleresı” qrupuna rəhbərlik edərək, “Fotoqalereya” bazasında foto, audio, video və s., materialların yerləşdirilməsi, eyni zamanda reyestr xidmətinin göstərilməsinə nəzarət edir.
İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir.
Hazırda şöbənin baş mütəxəssisi vəzifəsində çalışır.
Elmi əsərləri haqqında məlumat.
Xidməti tel.: (+994 12) 51 42 74
Elektron poçt: multimedia@iit.science.az