Elmi dərəcə iddiaçısı tərəfindən dissertasiya şurasına təqdim edilən sənədlərin

S İ Y A H I S I

1. Dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin rəhbərinin dissertasiya və sənədlərin dissertasiya şurasına təqdim edilməsinə dair vəsatət məktubu;

2. İddiaçının ərizəsi;

3. İddiaçının şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün pasportunun notarial qaydada təsdiq olunmuş surəti) – 2 nüsxə;

4. İddiaçının şəxsi məlumat vərəqi (AAK tərəfindən təsdiq olunan Forma əsasında doldurularaq işləyənlər üçün əsas iş yerində, işləməyənlər üçün isə dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində təsdiq olunmalıdır);

5. İddiaçının əmək kitabçasının əsas iş yerində (işləməyənlər üçün dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində) təsdiq olunmuş surəti – 2 nüsxə;

6. İddiaçı haqqında əsas iş yerindən (işləməyənlər üçün dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatdan, ali təhsil müəssisəsindən) verilmiş, təşkilatın rəhbəri tərəfindən imzalanmış və əsas möhürlə təsdiqlənmiş xasiyyətnamə – 2 nüsxə;

7. İddiaçının doktoranturaya qəbulu və ya dissertant təhkim olunması haqqında qərarın (əmrin) surəti – 2 nüsxə;

8. Dissertasiya mövzusunun müəyyən edilməsi və elmi rəhbərin və ya elmi məsləhətçinin təsdiq olunması və ya onların dəyişdirilməsi haqqında elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi (elmi-texniki) şurasının iclasının protokolundan çıxarış (müvafiq qaydada təsdiq olunmalıdır) – 2 nüsxə;

9. Dissertasiya mövzusunun Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının elmi istiqamətlər üzrə elmi şurasında təsdiq olunması və ya dəyişdirilməsi haqqında sənədin surəti – 2 nüsxə;

10. Fəlsəfə doktoru imtahanları üzrə onların nəticəsini özündə əks etdirən müvafiq sənədlərin vəsatət qaldıran elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində təsdiq olunmuş surətləri – 2 nüsxə;

11. Fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi iddiaçısının dissertasiyasının profili üzrə ali təhsili olmadıqda həmin elm sahəsinin ümumelmi əsaslarından əlavə imtahanın nəticəsini özündə əks etdirən sənədin vəsatət qaldıran elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində təsdiq olunmuş surəti – 2 nüsxə;

12. Pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi iddiaçısı üçün onun pedaqoji fəaliyyətlə məşğul olduğu müvafiq təhsil müəssisəsindən pedaqoji iş stajı haqqında arayış – 2 nüsxə;

13. Dissertasiya (cildlənməli və titul vərəqi iddiaçı, elmi rəhbər və ya elmi məsləhətçi tərəfindən imzalanmalıdır) – 2 nüsxə və onun “MS WORD” mətn redaktorunda elektron versiyası;

14. Müvafiq qaydada tərtib edilmiş, ön səhifəsində iddiaçının imzası olan avtoreferatın əlyazmasının Azərbaycan, ingilis və rus (dissertasiya rus dilində yazıldıqda) dillərində layihələri – 2 nüsxə və onların “MS WORD” mətn redaktorunda elektron versiyaları;

15. İddiaçının ali təhsil haqqında diplomunun və ona əlavənin (xaricdə təhsil almış iddiaçı üçün əlavə olaraq ali təhsil haqqında sənədinin ekvivalentliyi haqqında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş sənədin) notarial qaydada təsdiq edilmiş surətləri – 2 nüsxə;

16. Elmlər doktoru elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru diplomunun (elmi dərəcəsini xaricdə almış iddiaçı üçün əlavə olaraq elmi dərəcə haqqında sənədin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması haqqında Komissiya tərəfindən verilmiş sənədin) surəti – 2 nüsxə;

17. Elmi rəhbər və ya elmi məsləhətçi tərəfindən imzalanmış və onun əsas iş yerində təsdiqlənmiş rəy – 2 nüsxə;

18. Dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində dissertasiya işinin ilkin müzakirəsi üçün mütəxəssislər tərəfindən verilmiş rəylər (imzalanmalı və ilkin müzakirənin keçirildiyi elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində təsdiqlənməlidir) – 2 nüsxə;

19. Dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində dissertasiya işinin ilkin müzakirəsinin keçirildiyi iclasın müvafiq qaydada təsdiq olunmuş geniş protokolu və dissertasiya haqqında rəy – 2 nüsxə;

20. Dissertasiya işinin ilkin müzakirəsinin gedişinin videoçəkilişi (elektron daşıyıcıda);

21. Dissertasiyanın mövzusuna dair dərc olunmuş elmi işlərin dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində təsdiq olunmuş siyahısı (o cümlədən elektron daşıyıcıda) (Əlavə 1.15) – 2 nüsxə;

22. Həmmüəllifli elmi işlərdə iddiaçının şəxsi payı göstərilmədikdə iddiaçının həmin işlərdə şəxsi payını əks etdirən, iddiaçı və həmmüəlliflər tərəfindən imzalanmış, elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin əsas möhürü ilə və ya notarial qaydada təsdiq edilmiş arayış (hər hansı bir səbəbdən iddiaçının şəxsi payını müəyyən etmək mümkün olmadıqda həmin işləri çapa tövsiyə edən elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin əsas möhürü ilə təsdiq edilmiş iddiaçının şəxsi payını əks etdirən arayış) – 2 nüsxə;

23. Dissertasiya işinin ilkin müzakirəsi nəticəsində elmi plagiatın aşkar edilməməsinə dair arayış;

24. Dissertasiyanın mövzusuna dair dərc olunmuş elmi işlərin surətləri (o cümlədən elektron daşıyıcıda);

25. Elmi dərəcə iddiaçısının dissertasiya şurasına təqdim etdiyi sənədlərin siyahısı.