İnformasiya Texnologiyaları İnstitutunda “Elsevier” beynəlxalq elmi bazasının nümayəndələri ilə görüş keçirildi

03 İyun 2015 - 10:07 | Görüşlər
İnformasiya Texnologiyaları İnstitutunda “Elsevier” beynəlxalq elmi bazasının nümayəndələri ilə görüş keçirildi, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

İyunun 2-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elsevier” beynəlxalq elmi bazasının Türkiyə və Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Ayhan Akanay Saracoğlu və Rusiya, Ukrayna və Belarus üzrə nümayəndəsi Marat Fatkhoulline ilə görüş keçirildi. Məqsəd Azərbaycan elminin dünya elminə inteqrasiyasında mühüm rol oynayan elmi məqalələrin dünyanın nüfuzlu, yüksək indeksli jurnallarında dərcinin təşkili və əməkdaşlıq əlaqələrinin müzakirəsi idi. 

Görüşdə institutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, şöbə müdirləri Təhmasib FətəliyevMədinə Səidova, texnika üzrə fəlsəfə doktorları Vüqar MusayevNigar İsmayılova, o cümlədən digər əməkdaşlar iştirak edirdilər.

Öncə A.Saraçoğlu “Elsevier”in fəaliyyəti haqqında ətraflı məlumat verərək qlobal korporasiyanın dünyanın ən qədim nəşriyyatlarından biri olduğunu söylədi. “Elsevier”in səmərəli elmi-tədqiqat işləri üçün ən tanınmış informasiya resurslarını təklif etdiyini, innovativ bilikləri əhatə edən verilənlər bazası olduğunu vurğuladı. O, alim və mütəxəssislər üçün dəyərli informasiya mənbəyi olan “Elsevier”in digər elmi bazalarla müqayisədə üstünlüklərindən və geniş imkanlarından söhbət açdı. Bildirdi ki, Azərbaycan alimlərinin fəaliyyətinin və aparılan elmi tədqiqatların dünya elmi ictimaiyyətində tanınması baxımından beynəlxalq elmi bazalarla əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. 

“Elsevier”in əsas fəaliyyət istiqamətlərindən danışan A.Saracoğlu bu kimi elektron kitabxanaların təklif etdiyi imkanları önə çəkərək şirkətin dünya üzrə akademiya, universitet və elmi müəssisələrin fəaliyyətini, onların beynəlxalq elmi mühitdə mövqeyini müqayisəli təhlil edən ilk və ən böyük sistem olduğunu qeyd etdi.

“Elsevier”in elmi fəaliyyətin effektiv idarə olunması və qiymətləndirilməsi məqsədilə hazırlanmış yeni layihəsi haqqında məlumat verən A.Saracoğlu elmi tədqiqatların effektiv qiymətləndirilməsi və inkişaf strategiyasının hazırlanması üçün analitik platforma olan “SciVal” və elmi tədqiqatlar prosesinin effektiv idarə olunması üçün “Pure” adlı vasitələrin üstünlüklərindən danışdı.

Sonra M.Fatkhoulline “Elsevier”in təklif etdiyi xidmətlər haqqında qısa məlumat verdi. Onun sözlərinə görə, “Elsevier”in ScienceDirect xidməti dünya üzrə elm, texnologiya və tibb sahəsində mövcud olan tam mətnli (full text) məqalələrin böyük bir hissəsini əhatə edir. Ən böyük istinad bazası olan “Scopus”a isə müxtəlif elmi nəşrlər, o cümlədən konfrans materialları daxildir. “Azərbaycanın elm və təhsil müəssisələrinin “Elsevier”in xidmətlərindən daha səmərəli istifadəsini təmin etmək əsas hədəflərimizdən biridir”, - deyə bildirən qonaq ölkəmizdə bu elmi bazanın təcrübəsinin öyrənilməsi və onun imkanlarından istifadənin zəruriliyindən danışdı. 

Görüşdə Azərbaycan alimlərinin 2010-2014-cü illər ərzində elmi fəaliyyətinə dair göstəricilərini əks etdirən hesabat təqdim olundu, ölkələr, sahələr və jurnallar və s. göstəricilər üzrə nəşr olunmuş məqalələrə nəzər salındı, əldə olunmuş elmi nəticələr yüksək qiymətləndirildi.

Həmçinin şirkətin nümayəndələri tərəfindən Azərbaycan alimlərinin əldə etdiyi nailiyyətləri özündə əks etdirən və onların “Scopus” elmi bazasında olan məlumatları əsasında “Elsevier” tərəfindən hazırlanmış bir məlumat bazasının yaradılması təklifi irəli sürüldü.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.