Paskal proqramlaşdırma dilinin yaradıcısının doğum günüdür

15 Fervral 2017 - 10:00 | Maraqlı məlumatlar
Paskal proqramlaşdırma dilinin yaradıcısının doğum günüdür, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

“Proqramlaşdırma peşəsində dəqiqlik və mükəmməllik vacib deyil, mütləqdir”, – deyən Niklaus Virt tarixə öz adını Paskal proqramlaşdırma dilinin yaradıcısı kimi yazdırmışdır.

Niklaus Emil Virt 1934-cü il fevralın 15-də İsveçrənin Vintertur şəhərində anadan olmuşdur. 1954-cü ildə Sürixdə yerləşən İsveçrə Federal Texnologiya İnstitutunun elektronika fakültəsini bitirmiş, məhz burada elektrotexnika üzrə bakalavr dərəcəsi, Laval Universitetində (Kanada) isə magistr dərəcəsi almışdır.

Virt Kaliforniyanın Berkli Universitetində (ABŞ) tanınmış professor Harri Haskinin rəhbərliyi altında dissertasiyasını müdafiə etmiş, elektrotexnika və kompüter elmləri sahəsində elmlər doktoru dərəcəsini almışdır.

Niklaus 1970-ci ildə Paskal proqramlaşdırma dilinin ixtiraçısı kimi tanınmış, 1975-ci ildə isə Modul proqramlaşdırma dilini hazırlamışdır. 1970-ci illərin sonlarında ABŞ-ın Müdafiə Nazirliyinin təşkil etdiyi müsabiqədə iştirak etmiş Virt Ada dili kimi məşhurlaşan inteqrasiya edilmiş sistemlərin proqramlaşdırılması üçün yeni dilin ixtiraçılarından biri olmuşdur.

1980-ci illərdə Sürix Ali Texniki Məktəbinə rəhbərlik edən Niklaus 1990-cı ildən bu təhsil müəssisəsində yaradılmış Kompüter Sistemləri İnstitutunda işləmişdir.

1999-cu ildə 65 yaşında təqaüdə çıxan Niklaus Virt bütün dünyada tanınmış proqramlaşdırma dili ixtiraçılarından biri kimi tarixə düşmüşdür. Belə ki, Virt 8 proqramlaşdırma dili üzərində çalışmış, həmçinin struktur proqramlaşdırma texnologiyasının ixtiraçısı olmuşdur.

Niklaus bir neçə nüfuzlu mükafata (“Turing Award”, “SIGPLAN Programming Languages Achievement Award”), həmçinin bir neçə təhsil müəssisəsinin fəxri adlarına layiq görülmüşdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.