İnformasiya Texnologiyaları İnstitutunda “EBSCO” şirkətinin nümayəndəsi ilə görüş keçirildi

19 Noyabr 2014 - 17:00 | Görüşlər
İnformasiya Texnologiyaları İnstitutunda “EBSCO” şirkətinin nümayəndəsi ilə görüş keçirildi, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “EBSCO” şirkətinin Qərbi və Orta Asiya üzrə nümayəndəsi Reyko Raye ilə görüş keçirildi.

Tədbirdə texnika elmləri doktoru Ramiz Alıquliyev, şöbə müdirləri Mədinə Səidova, Təhmasib Fətəliyev, Vüqar Musayev və institutun digər əməkdaşları iştirak edirdilər.

Öncə R.Raye təmsil etdiyi şirkət haqqında təqdimatla çıxış etdi. Bildirdi ki, ABŞ-ın nüfuzlu şirkətlərindən olan "EBSCO" dünyanın aparıcı nəşriyyatlarının elmi resurslarının ən böyük aqreqatorudur. Şirkət 14 elmi istiqamətdə kitab və jurnalların məlumat bazasına giriş təqdim edir. Şirkət nümayəndəsi “EBSCO”nun 375-dən çox müxtəlif elmi-tədqiqat bazasının resurslarına, o cümlədən 360 min elmi jurnal və 550 min elektron kitaba vahid nöqtədən çıxış imkanı təklif etdiyini diqqətə çatdırdı.

"EBSCO"nun korporativ müştəriləri haqqında danışan R.Raye “Google” və digər qlobal şirkətlərin onların əsas müştərilərindən olduğunu vurğuladı.  

Sonda iki qurum arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.