Big Data dövründə İnternetdə uşaqların təhlükəsizliyi məsələləri “НСКФ-2021”də müzakirə olunub

17 Dekabr 2021 - 12:42 | Konfranslar, İclaslar
Big Data dövründə İnternetdə uşaqların təhlükəsizliyi məsələləri “НСКФ-2021”də müzakirə olunub, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

İnternet inkişaf etdikcə informasiya texnologiyaları ilə qarşılıqlı münasibətlərin yeni formaları meydana gəlməyə başlayır. Süni intellekt, Big Data texnologiyaları ilə təchiz olunmuş qurğulardan istifadənin ənənəvi hal alması insanların informasiya mübadiləsini sürətləndirməklə yanaşı, həyatın bütün sahələrində qərarların qəbulu üçün vacib faktora çevrilmişdir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Sabirə Ocaqverdiyeva Rusiyada onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) çıxış edərkən belə deyib.

O, tədbirdə “Big Data dövründə İnternetdə uşaqların təhlükəsizliyinə bir yanaşma” adlı məruzəsini təqdim edərək bildirib ki, bu gün müasir uşaqlar rəqəmsal texnologiyaların əhatəsində böyüyür. Uşaqlar üçün sosial şəbəkələrdə öz profillərini və statuslarını tez-tez yeniləmək, gündəlik həyat fəaliyyətləri və olduqları məkan haqqında məlumatları paylaşmaq, dostları ilə məktublaşmaq, onlayn fikir mübadiləsi aparmaq adi davranışa çevrilmişdir. Yeni iştirakçı platformaları gənclərin sosiallaşması üçün əlverişli şərait yaratmaqla yanaşı onların şəxsi məlumatlarının qorunması məsələsini də aktuallaşdırır.

Uşaqlar haqqında müxtəlif rəqəmsal qurğularda toplanan fərdi məlumatların həcminin sürətlə artması və yenilənməsi bu məlumatların emalında Big Data texnologiyalarından istifadəni tələb edir. Müxtəlif məlumat bazalarında, sistemlərdə hər an artan informasiyanın saxlanması, strukturlaşdırılması və emalı ilə bağlı problemlər bu gün çox aktualdır.

Müəllif qeyd edib ki, gedikcə böyüyən məlumatlardan uşaqlar üçün hansının əhəmiyyətli və hansının ziyanlı olmasını ənənəvi informasiya sistemləri ilə müəyyən etmək mümkün olmadığı üçün, bu məsələnin Big Data texnologiyalarından istifadə olunmaqla təhlili daha məqsədəuyğundur.  

Məruzəçi İnternet fərdi məlumatlarının bədniyyətlilərdən, marketinq şirkətlərindən və digər maraqlı tərəfdən qorunması üçün bulud texnologiyalarından istifadənin üstünlüyünü də diqqətə çatdırb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.