120 nömrəli məktəbin şagirdləri İnformasiya Texnologiyaları İnstitutunda oldular

17 Dekabr 2021 - 14:53 | Görüşlər
120 nömrəli məktəbin şagirdləri İnformasiya Texnologiyaları İnstitutunda oldular, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Bakı şəhəri Şəhid Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdləri AMEA İnformasiya Texnologiyaları İnstitutunda oldular.

Öncə institutun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova qonaqlara mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verdi. 2003-cü ildən ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu prosesinin bu mərkəzdə həyata keçirildiyini, dərslərin institutun alim və yüksəkixtisaslı mütəxəssisləri tərəfindən tədris olunduğunu bildirdi. TİM-də distant tədris xidmətlərinin göstərildiyini, respublikada ilk dəfə olaraq, Naxçıvan və Gəncədə distant tədris mərkəzlərinin yaradıldığını qeyd etdi. Həmçinin mərkəzdə elmi müəssisə və təşkilatların əməkdaşları və sıravi vətəndaşlar üçün İT-kursların təşkili və sertifikatlaşdırma ilə bağlı görülən işləri nəzərə çatdırdı.

R.Mahmudova bildirdi ki, AMEA-nın magistraturasında təhsil alan tələbələr üçün ümumi fənlərin tədrisi və bu fənlər üzrə imtahanların qəbulu da mərkəzin əsas fəaliyyət istiqamətlərindən biridir.

Məktəblilər müasir avadanlıqlarla, tədrisin keyfiyyətinə nəzarət üçün video-müşahidə sistemi ilə təchiz olunmuş otaqlar və Distant Tədris Mərkəzi ilə yaxından tanış oldular.

Sonra Multimedia Texnologiyaları Mərkəzinin rəhbəri Anar Səmidov mərkəzin fəaliyyəti barədə məlumatı qonaqların diqqətinə çatdırdı. “İnformasiya texnologiyaları” nəşriyyatında kitabların çap prosesini, genişformatlı, yüksəksürətli rəqəmsal çap avadanlıqlarının, eləcə də 3D-printerin iş prinsipini əyani şəkildə nümayiş etdirdi və şagirdləri maraqlandıran sualları cavablandırdı.

Elmi informasiya və elmmetriya şöbəsində olan qonaqlara institutun kiçik elmi işçisi Firudin Əsgərov şöbənin Elektron kitabxana xidmətləri, Elmmetrik tədqiqatlar, Antiplagiat və DOI xidmətləri sektorları haqqında ətraflı məlumat verdi.

Elektron kitabxana xidmətləri sektoru barədə danışan F.Əsgərov kitabxanada “Exlibris” şirkətinə məxsus Alephino Kitabxana İdarəetmə Sistemindən (KİS) istifadə olunduğunu bildirdi. Qeyd etdi ki, təhlükəsizliyin təmin olunması, bu sistemlərdən 7/24 rejimində, zaman və məkandan asılı olmayaraq istifadə üçün kitabxananın serveri AzScienceNet elm kompüter şəbəkəsində yerləşdirilmişdir. Jurnalların qiymətləndirilməsi (jurnalogiya, nəşriyyat etikası), institutun İnformasiya Texnologiyaları Problemləri və İnformasiya Cəmiyyəti Problemləri elmi jurnallarının beynəlxalq akademik bazalarda təmsilçilik məsələləri, “Elmmetriya saatı” interaktiv seminarlarının təşkili, məqalələrin nəşri üçün seçilmiş jurnalların etibarlı və ya “yırtıcı” olmasının müəyyən edilməsi elmmetrik tədqiqatlar sektorunun əsas fəaliyyət istiqamətləridir.

Onun sözlərinə görə, Antiplagiat və DOI xidmətləri sektorunda isə antiplagiat xidmətlərinin təşkili və istismarının həyata keçirilməsi, elmi nəşrlərə DOI-lərin alınması və digər xidmətlərin göstərilməsi ilə bağlı “Crossref” şirkəti ilə əməkdaşlığın davam etdirilməsi istiqamətində işlər görülür.

Sonra çıxış edən Elmi informasiya və elmmetriya şöbəsinin rəhbəri Mədinə Səidova əməkdaşların zəruri elmi informasiya ilə təmin edilməsinin institutun fəaliyyətinin əhəmiyyətli istiqamətlərindən biri olduğunu söylədi. Elmi informasiya və elmmetriya şöbəsinin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirildiyini, elektron kitabxananın təhlükəsizliyinin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün ən son texnologiyaların quraşdırıldığını nəzərə çatdırdı.

Daha sonra qonaqlar institutun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi və Data Mərkəzlə yaxından tanış oldular. Mərkəz rəhbərinin müavini Tural Mustafayev AzScienceNet-in fəaliyyəti haqqında ətraflı məlumat verərək, şəbəkənin ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu söylədi. O, Data Mərkəzdə göstərilən xidmətlərdən bəhs etdi, burada hesablama və yaddaş resurslarından istifadə yolu ilə mürəkkəb məsələlərin emalı və yadda saxlanmasına xidmət edən hesablama sistemlərinin mövcud olduğunu vurğuladı. Bildirdi ki, AMEA-nın elmi-tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil qurumları da institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzinin xidmətlərindən yararlana bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.