İnstitutun şöbə müdiri ECCSIT 2021 beynəlxalq konfransının “Ən yaxşı rəyçi” sertifikatı ilə təltif olunub

08 Aprel 2022 - 13:00 | Mühüm hadisələr
İnstitutun şöbə müdiri ECCSIT 2021 beynəlxalq konfransının “Ən yaxşı rəyçi” sertifikatı ilə təltif olunub, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev 16-18 sentyabr 2021-ci il tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş Kompüter Elmləri və İnformasiya Texnologiyaları üzrə Avropa Konfransının (European Conference on Computer Science and Information Technology, ECCSIT 2021) texniki proqram komitəsinin üzvü olub. Alim konfransda elmi ekspertiza fəaliyyətinə verdiyi dəyərli töhfələrə görə redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

R.Alıquliyev, həmçinin konfransa təqdim olunmuş məqalələrə rəy verilməsində göstərdiyi dəstəyə və müstəsna töhfələrinə görə “2021-ci il üzrə ən yaxşı rəyçi” sertifikatı ilə təltif olunub.

Qeyd edək ki, ECCSIT 2021 beynəlxalq konfransının əsas məqsədi tədqiqatçılar, alimlər və mühəndislər üçün təcrübə mübadiləsinin aparılması, kompüter elmləri və informasiya texnologiyalarının ümumi tədqiqat istiqamətləri üzrə yeni ideyaların və tədqiqatların, praktiki problemlərin və onların həll yollarının müzakirə edilməsi üçün platforma və imkanlar təqdim etməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.