İnstitutun dissertantları üçün ixtisas fənnindən doktorluq imtahanı keçirilib

24 Dekabr 2021 - 15:00 | Mühüm hadisələr
İnstitutun dissertantları üçün ixtisas fənnindən doktorluq imtahanı keçirilib, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində institutun dissertantları üçün ixtisas fənnindən doktorluq imtahanı keçirilib.

İmtahanda institutun “3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” və 3339.01 - “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan dissertantları iştirak ediblər. 

Qeyd edək ki, imtahan komissiyasının sədri, AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev, üzvləri – institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktoru, baş elmi işçi, dosent Zərifə Cəbrayılova, institutun elmi katibi Nərmin Adıgözəlova, və şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.