“Plagiat.pl” şirkətinin nümayəndəsi İnformasiya Texnologiyaları İnstitutunda oldu

16 Dekabr 2014 - 14:00 | Görüşlər
“Plagiat.pl” şirkətinin nümayəndəsi İnformasiya Texnologiyaları İnstitutunda oldu, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Polşanın “Plagiat.pl” şirkətinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Sebastian Kavçinski ilə görüş keçirildi.

Görüşdə, həmçinin institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev, şöbə müdiri Təhmasib Fətəliyev və institutun digər əməkdaşları iştirak edirdilər.

Şirkətin fəaliyyəti haqqında təqdimatla çıxış edən S.Kavçinski bildirdi ki, Polşada fəaliyyətə başlayan şirkət bu ölkənin demək olar ki, bütün ali məktəbləri ilə əməkdaşlıq əlaqələri qurub. Onun sözlərinə görə, əsas məqsəd müəllif hüquqları pozuntuları və insanların intellektual mülkiyyətindən icazəsiz istifadə ilə mübarizə aparmaqdır: “Biz alimlər və tələbələrin tədqiqat işlərini qorumağa xidmət edən ümumdünya Antiplagiatlıq Şəbəkəsi yaradırıq. Bu məqsədlə ali məktəblər, hökumət orqanları və nəşriyyatlar ilə əməkdaşlıq edirik. Həmçinin insanların intellektual mülkiyyətini plagiatlıqdan qorumaqda onlara kömək edirik”.

Məruzəçi qeyd etdi ki, İnternet brauzerlər kimi güclü alətlərlə təchiz olunmuş tələbələr, istənilən fənn üzrə mətnləri taparaq onlardan “öz” tədqiqat işlərində istifadə edirlər. O, 2002-ci ilin iyun ayında fəaliyyətə başlayan şirkətin hazırladığı “Strikeplagiarism” sisteminin elmi fəaliyyətlə məşğul olan tədqiqatçıları mətnlərdən “oğurlanmış” fraqmentləri aşkar etməyə imkan verən vasitə ilə təmin etmək üçün yaradıldığını vurğuladı.

Bildirdi ki, 2015-ci ilin yanvar ayında proqramın interfeysinin Azərbaycan və rus dilllərində, fevral ayında isə türk dilində hazırlanması nəzərdə tutulur.

Təhsil və tədris müəssisələrində bu sistemin geniş tətbiq olunduğunu söyləyən S.Kavçinski bu sahədə Rumıniya təcrübəsindən danışdı. Onun sözlərinə görə, Rumıniyanın artıq 20 universiteti sistemin xidmətlərindən yararlanaraq müdafiə olunan doktorluq dissertasiyalarının orijinallığını asanlıqla təyin edə bilir.

Sonra məruzəçi sistemin iş prinsipi və üstünlükləri haqqında ətraflı məlumat verdi.

Sonda çoxsaylı suallar cavablandırıldı, fikir və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.